GündəmManşet

Hrant Baqratyan: “18 dekabr sənədində nəyə imza atıldığını bilirsizmi?”

“10 noyabr 2020-ci il tarxili üçtərəfli razılaşmadan xəbərimniz var. Lakin 18 dekabr 2020-ci ildə Azərbaycan və Ermənistan arasında bağlanmış müqavilədən xəbəriniz varmı?” JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistanın sabiq baş naziri Hrant Baqratyan bu gün İrəvanda keçirilən parlament müzakirələri zamanı deyib.

O bildirib ki, 18 dekabr razılaşmasına əsasən Qafan-Çakaten yolu Azərbaycana verilib. “Qafanla Gorusu birləşdirən və Çakaten kəndinin yaxınlığından keçən yolun ərazisi işğal altında olan torpaqlara daxil deyil. Yəni, o əraziyə Azərbaycan iddia edə bilməz. Çünki Gorus-Qafan-Çakaten yolu SSRİ Nazirlər Sovetinin qərarı ilə çəkilib. Həmin vaxt Azərbaycan torpaq sahəsi ayıra bilmədiyindən, Ermənistandan torpaq sahəsi verildi”.

Baqratyan bildirib ki, 11 yanvar və 26 noyabr 2021-ci ildə imzalanmış sənədlərlə bağlı isə heç bir məlumat yoxdur. “Nə baş verdiyini bilmirik. Müqavilə bağlandığını deyirlər. Soçidə hansı sənədlər imzalanıb, məlum deyil. Amma indi görün nəyə imza atdıq. Biz 10 noyabr sənədi ilə təkcə Qarabağı vermədik, həm də Zəngəzur Dəhlizini də vermişik. Əvvəla, müəyyən olundu ki, bu sənəd beş il müddətinə qüvvədədir, yəni iki il qalıb, Sabah Laçın dəhlizi olmaya bilər, çünki Azərbaycanın bununla razılaşmaması mümkündür. Həmin razılaşmanın 9-cu bəndə əsasən, biz dəhliz sözündən istifadə etməmişik, biz Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında, Ermənistan Respublikasının ərazisindən keçməklə dəhliz vermişik. Bunun üçün isə beş illik müddət yoxdur”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button