Manşet

“Hökumət “Bayraktar”a müqvaqimət göstərməyin mümkünsüz olduğunu bil-bilə…”

“Artıq oktyabrın 12-də aydın idi ki, biz məğlubiyyətə doğru gedirik”.
Qaynarinfo xəbər verir ki, bu sözləri Ermənistanın Respublika Partiyasının sədri Eduard Şarmazanov Qarabağ savaşına həsr edilmiş “İtirilmiş qələbə: Xəyanət yoxsa savadsızlıq?” adlı konfransda deyib.
O, Ermənistanın Baş naziri Nikol Paşinyanın 12 və 19 oktyabr 2020-ci il tarixdə parlamentdənkənar siyasi qüvvələrlə görüşünə də toxunub: “Paşinyan həmin vaxt dedi ki, artıq Talış kəndi itirilib, Madagiz uğrunda döyüşlər gedir. Həmçinin qeyd etdi ki, Azərbaycan Cəbrayıl rayonunu da nəzarətə götürü və Hadruta doğru gedir. Bizdə isə məlumat var idi ki, artıq Hadrut Azərbaycan Ordusunun nəzarətindədir”.
Partiya sədrinin sözlərinə görə, 19 oktyabr görüşündə Paşinyan psixoloji gərginlik yaşayırdı: “O dedi ki, müharibəni dayandırmağı təklif edirlər, amma bu, məğlubiyyətdir”.
Mühairbənin vaxtında dayandırılmamasından danışan partiya sədri deyib ki, Ermənistan hökuməti “Bayraktar”a müqvaqimət göstərməyin mümkünsüz olduğunu bil-bilə polisləri döyüşə yollayıb: “Əgər sən bilirsən ki, qarşıda səni qələbə gözləmir o zaman nə üçün oktyabrın 19-da müharibənin dayandırılmasına razı olmadın? İndi 9 noyabr kapitulyasiyasını 25 min insanın həyatını xilas etmək kimi təqdim edirsən”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button