ManşetÖlkə içi

Hikmət Hacıyev: “Vaşinqtonda sülh sazişinin 70 faizi razılaşdırılmışdı”

“Azərbaycan həqiqətən sülh müqaviləsi imzalamaq və bu regionda qarşıdurmaya son vermək istəyir. Biz sülh içində yaşamaq istərdik. Amma hazırda top Ermənistan Respublikasının meydançasındadır. Bu reallığı nə qədər tez başa düşsələr, hamı üçün bir o qədər yaxşı olar”. JAMAZ.İNFO xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Arab News”a müsahibəsində deyib.

O qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı çirkin təbliğatı davam edir. “Bu da bizi Vaşinqtonun təqdim etdiyi platformada sülh müqaviləsi danışıqları yolundan çıxarıb. Biz bu platforma ilə çox mühüm irəliləyiş əldə etmişdik. Sənədin, demək olar ki, 70 faizi tənzimlənib, müəyyən mənada razılaşma əldə olunub. Düşünürəm ki, sülh müqaviləsinin imzalanması Cənubi Qafqaz regionunun mənzərəsini tamamilə dəyişəcək. Amma Ermənistanın baş naziri bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıyır, digər tərəfdən isə hələ də Ermənistan silahlı qüvvələrini bizim ərazimizdə saxlamağa davam edir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button