GündəmManşet

Həbs olunan icra başçısı Zakir Fərəcovun qohumu imiş

Ötən gün həbs olunan Cəlilabadın icra başçısı Namiq Zeynalovun karyerasında mühüm rol oynayan əsas şəxsin adı üzə çıxıb. JAMAZ.İNFO yerli mediyaya istinadən xəbər verir ki, DTX tərəfindən saxlanılan və barəsində cinayət işi açılmış Zeynalov Sumqayıtın icra başçısı Zakir Fərəcovun qohumudur.

Məlumatda deyilir ki, həbs olunan icra başçısının qardaşı Akif Zeynalov Fərəcovun qudasıdır. Belə ki, Zakir Fərəcovun kürəkəni, Akif Zeynalovun oğlu Əkrəm Zeynallı Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiridir. Akif Zeynalov isə, əvvəllər Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsində işləyib. Hazırda isə Ərazi Maliyyə Müfəttişliyinin rəisidir.

Məlumatlarda qeyd olunur ki, Namiq Zeynalovun karyerasının yüksəlməsində keçmiş komitə sədri, hazırda dövlət başçısının müşaviri Kərəm Həsənovun rolu olsa da, əsas funksiyanı Zakir Fərəcov həyata keçirib. Belə ki, o, qudasının qardaşını önə çəkərək, icra başçısı olmaqda bir çoxlarına minnətçi düşüb.

Xxatırladaq ki, N.Zeynalov Cinayət Məcəlləsinin 179.2.2, (mənimsəmə və ya israf etmə təkrar törədildikdə), 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button