DünyaManşet

Gürcülər rusların ermənilərə göndərdiyi zirehli jiletləri müsadirə etdi

Gürcüstan Rusiyanın humanitar yardım adı altında Ermənstana göndərdiyi zirehli jiletləri daşıyan yük avtomobillərini sərbəst buraxıb. JAMAZ.İNFO xəbər verir ki, martın 5-də Moskvadan çıxan və martın 28-də Yuxarı Lars Gömrük Məntəqəsində saxlanılan avtomobillərin yükü isə müsadirə edilib.

Həmin yük maşınlarının sürücüləri bildirib ki, artıq bir aya yaxındır Gürcüstandadırlar və onların hər günü üçün pul yazılır. “Biz artıq qayıdırıq. Qoy, hamı Ermənstanın Gürcüstandakı səfirliyinin işyarıtmazlığını görsün. Zəng edib vəziyyəti bizdən öyrənirlər. Bu qədər pul xərcləmişik. Amma nəticə 0-dır”.

Erməni sürücüləri deyir ki, dünənə qədər onlara Gürcüstan Müdafiə Nazirliyinin icazəsinin lazım olduğunu deyirmişlər. Bu gün isə məlum olub ki, Tiflis yük maşınlarını boş yola salacaq və yüklər isə müsadirə ediləcək.

Ermənistanın Gürcüstandakı səfirliyindən isə bildirilib ki, məsələ ilə bağlı danışıqlar gedir və yaxın günlərdə müsbət həllini tapacaq.

Xatırladaq ki, Rusiya uzun müddətdir humanitar yardım adı altında Ermənistana silah, sursat və texnika göndərir. 44 günlük müharibədə əksər hərbi texnikasını itirən Ermənistan Rusiyadan aldığı silahlarla ordusunu təhciz etməyə çalışır. Moskva isə “strateji müttəfiq”lik adı altında İrəvanı silahlandırmaqda davam edir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button