ManşetSiyasət

Gültəkin Hacıbəyli saxlanıldı

Sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin saxlanıldığı barədə məlumat yayılıb. JAMAZ.İNFO xəbər verir ki, onun ötən gecə xaricdən ölkəyə qayıdarkən Bakı hava limanında saxlanıldığı bildirilir.

Milli Şura üzvləri bildiriblər ki, G.Hacıbayli barəsində xüsusi ittiham qaydasında cinayət işi başlanılıb, özünün isə bundan xəbəri olmayıb. Belə ki, ötən ay G.Hacıbəylidən Cinayət Məcəlləsinin 147.2 (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə şikayət olunub.

Məlum olub ki, G.Hacıbəyli Nəsimi Rayon Məhkəməsi tərəfindən axtarışa verilibmiş.

Hazırda G.Hacıbəylinin Nəsimi Rayon Polis idarəsində olduğu, məhkəməyə təqdim olunacağı bildirilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button