ManşetSosial

Gömrükdən qovuldu, DYİ-yə “sığındı”: Keçmiş nazirin oğluna vəzifə verlib- FOTO 

Keçmiş rabitə naziri Əli Abbasovun oğlu Eldar Abbasova Azərbaycan Dəmiryolları İdarəsində vəzifə verilib. JAMAZ.İNFO xəbər verir ki, bu barədə tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

Həmin məlumatda deyilir ki, sabiq nazirin oğlu iki il əvvəl Gömrük Komitəsindən faktiki olaraq qovulub. “Lakin o, imicini dəyişərək, ADDYİ-də işə düzəlib”.

Qeyd edək ki, ADDYİ-nin rəisi Rövşən Rüstəmovun belə bir addım atması qəribə deyil. Ona görə ki, onun uzun zaman rabitə sektorunda çalışması, karyerasında irəliləyiş əldə etməsi məhz Əli Abbasovun sayəsində mümkün olub. Görünür, Dəmir Yolu İdarəsinin rəisi vaxtıyla ona edilən yaxşılığın qarşılığını ödəmək üçün keçmiş nazirin oğluna qapı açıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button