GündəmManşet

Gömrükdə 680 milyon manat skandalı  

Son günlər Gömrük Komitəsi ətrafında qəribə hadisələr baş verir. Prezidentin AzTV-yə verdiyi müsahibəsində sərt şəkildə tənqid etdiyi DGK sədri Ssəfər Mehdiyevin dərdi az imiş kimi, bir neçə müddətdir həbs olunmuş gömrük əməkdaşı Natiq İmanovun açıqlamaları da əsəbləşməsinə səbəb olur. Amma görünən və bilinən odur ki, dünəndən etibarən bu sıraya başqa bir skandal məsələ də daxil olub.

JAMAZ.İNFO-nun əldə etdiyi məlumata görə, bu günlərdə komitədə qəfil yoxlama aparılıb. Həmin yoxlamanın nəticələri isə hamını şoka salıb.

Məlumata görə, həmin araşdırmalar zamanı 680 milyon manat kəsirin yarandığı məlum olub. Bu kəsrin büdcəyə olan ödənişi əhatə etdiyi və onun hansı səbəbdən yarandığı hələlik məlum deyil. Yalnız bilinən odur ki, “Nehrəm qruplaşması” baş verənlərdən şoka düşüb və təcili şəkildə problem aradan qaldırmağa çalışırlar.

Məlumatlı mənbələrin bildirdiyinə görə, hal hazırda gömrükdə 680 milyon manat kəsirin necə yaranma səbəbi, həmin pulların konkret olaraq hara getdiyi istiqamətində ciddi şəkildə araşdırmalara start verilib. Hətta Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bütün heyəti yığaraq, qısa müddətdə yaranmış problemin aradan qaldırılmasını tələb edib.

Məsələ ilə bağlı araşdırmamız davam edir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button