ManşetÖlkə içi

Gömrük Komitəsindən növbəti özbaşınalıq: Tbilisiyə gedəcək telefonları müsadirə edib – ŞİKAYƏT

Babayev Baba Səyyad oğlu Heydər Əliyev adına Beynəlxalq Hava Limanının Gömrük İdarəsinin əməkdaşlarının qanunsuz hərəkətlərindən şikayətçidir. JAMAZ.İNFO xəbər verir ki, o, 27 aprel 2022-ci il tarixdə Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərindən Gürcüstanın paytaxtı Tbilisi şəhərinə Bakı şəhəri vasitəsilə tranzit uçarkən sözeügedən Beynəlxalq Hava Limanında tranzit üçün yoxlanışdan keçərkən onu saxlayıblar.

Baba Babayev bildirib ki, əl yükünü və onu gömrük işçiləri güc tətbiq etməklə ölkə ərazisinə gətiriblər. “Mən və DSX-nin əməkdaşı onlara bildirsək də ki, mən tranzitəm, onlar hətta sərhədçiyə də “sən qələtini elə, rəhbərlik belə göstəriş verib” dedilər. Beləliklə Tibilisiyə apardığım 18 ədəd, 9 ədədi İPHONE 13 PRO, 9 ədədi İPHONE 13 PRO MAX, 14 ədəd qol saatı, 7 ədədi Amazing GT pro, 7 ədədi Amazing GT 3 olmaqla məndən qanunsuz olaraq alındı. Və hal -hazırda adı çəkilən aeroportun ambarında saxlanılır”.

O qeyd edib ki, şikayətə əlavə edilmiş ETKT 771242029247903 saylı təyyarəyə minik talonunun surətindən görünür ki, həmin günü J212 saylı aviareyslə H.Əliyev adına Beynəlxalq Hava Limanına uçub. “Həmçinin şikayətə əlavə edilmiş 0771J2635502 saylı yükün təhvil alınması barədə sənəddən görünür ki, Dubayda təhvil verilmiş yükün Tbilisidə alınması qeyd edilib. ETKT 771242029247903 saylı təyyarəyə minik talonunundan görünür ki, Bakıdan Tbilisiyə uçacaq J29225 saylı uçuşla mən Tbilisiyə uçmalı idim”.

Baba Babayev bildirir ki, 27 aprel 2022-ci il tarixdə saat 16:00-dan saat 18:00-adək olan müşahidə kameralarının lent yazılarının alınmasını tələb edir. “O zaman açıq-aşkar görünəcək ki, DGK əməkdaşları məni necə öz iradəm əleyhinə, fiziki və psixoloji təzyiqlərlə tranzit ərazidən aparır və məni məcburi olaraq ölkəyə giriş etdirir. Göründüyü kimi DGK-nin H.Əliyev adına Hava Limanındakı gömrük əməkdaşları tamah məqsədi ilə vəzifələrindən sui istifadə edərək mənim əmlakımı ələ keçirmişlər”.

Şikayətçi xahiş edir ki, mülkiyyətində olan həmin malların dərhal ona verilməsi və Tbilisiyə aparmağına şərait yaradılmasına göstəriş verilsin. “Prezidentdən xahiş edirəm ki, öz vəzifə səlahiyyətlərini aşan, vəzifə səlahiyyətlərindən sui istifadə edən DGK əməkdaşları barədə cinayət işinin başlanılmasına göstəriş verəsiniz”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button