İqtisadiyyatManşet

Gömrük Komitəsindən daha bir “uğur”: Avtomobil ehtiyat hissələri bahalaşıb

Onun sözlərinə görə 1 ay əvvəl 15 manat olan maşın ehtiyatlarından biri indi 25 manat olub: “Ehtiyat hissələri satan sahibkardan səbəbini soruşdum. Adam az qaldı ağlasın. Gömrük Komitəsini “ən xoş” sözlərlə yada saldı. Qiymət artımının, əsasən, onlardan qaynaqlandığını söylədi, yenə rəsmi qaimə qiymətlərini qəbul etmədiklərini, özlərindən yüksək qiymət qoyub hesablama apardıqlarından danışdı”.
Dünən Gömrük Komitəsinin “gömrük könüllülərinə” sertifikat payladığını vurğulayan ekspert bu addımı absurd adlandırıb: “Gömrük könüllüləri nə deməkdir axı?! Könüllülər xəstəxanalarda olar və əngəlli insanlara qulluq, qocalara yardım edər. Gömrükdə nə könüllü?! Yoxsa eyni kənddən olan Gömrük rəhbərliyi bu adla öz “trol” qrupunu yaradır ki, onlar sosial şəbəkələrdə tənqidçilərinin üzərinə gəlsinlər?!”

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button