AraşdırmaManşet

Gömrük Komitəsi, yoxsa Ailə Podratı? – Səfər Mehdiyevin qohumlarının – SİYAHIsı  

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) sözün həqiqi mənasında ailə podratına çevrilib. JAMAZ.İNFO xəbər verir ki, komitədə çalışanların, xüsusən, yüksək vəzifədə olanların hamısı ya bir-birilərinə qohumdurlar, ya da eyni kəndi təmsil edirlər. Bu azmış kimi, mühüm postları da öz yaxınlarına, qohumlarına, kürəkənlərinə veriblər.

Hazırda gömrükdə yüksək vəzifədə çalışanların kimliyini təsdiqləyən siyahını təqdim edirik:

1. Qayını Tarquluyev İlham DGK tikintilərinə nəzarət edir. Saxta tenderləri “udur”dır.

  1. Qayını İlhamın qızının əri Kamran əvvəl mühafizədə işləyirdi. Hazırda ER və DNBGİ baş inspektordu. Bütün pullu işlərə ancaq o baxır. Hec kəs onun işinə müdaxilə edə bilməz.
  2. Səfər Mehdiyevin köməkcisi Rəşad yaxin qohumudur.
  3. Uşaqlıq dostu və qohumu Rəsulov Məsum Dövlət Gömrük Komitəsinin Qacaqmalcılıq və Gömrük qaydalarının Pozulması ilə mübarizə Baş idarəsinin rəisidir. Adını yaza bilməyən bu şəxs 2 ilə general rütbəsi alıb. Səfər Mehdiyevdən sonra əsas söz sahibidir.
  4. Qayını Tarquluyev Zeynal “Azterminalkompleks” İstehsalat Birliyinin rəis müavinidir. “Qara kassiya” nəzarət edir. Gömrük İdarələri ətrafinda ofislər acaraq, Gömrük Broker və Laqistik “xidmətləri” göstərir. Gömrükdə hər kəs məcburi həmin “xidmətə” yönəldilir. Orada isə iş adamlarına həmin broker xidməti ilə işləmək ücün müəyyən güzəştlər təklif olunur.
  5. Qardaş oğlu Məhəmməd. Avtonəqliyyat və Aksizli mallar baş gömrük idarəsində İnzibati idarə etmə şöbənin rəisidir.
  6. Bacısı oğlu Fərman. Dövlət Gömrük komitəsində Audit və təhlil baş idarəsində Baş inspektordu. Bakı Baş gömrük İdarəsində Broker xidməti acıb. İş adamlarına sövdələşmələrlə “güzəştlı”xidmət göstərir.
  7. Bacısı oğlu Əli Avtonəqliyyat və Aksizli mallarla Baş gömrük İdarəsində Baş inspektor.
  8. Bacısı oğlu Məhərrəm Bakı Baş gömrük İdarəsində Baş inspektor işləyir.
  9. Qardaşının kürəkəni Sənan Avtonəqliyyat və Aksizli mallar baş gömrük idarəsində qiymətləndirmə şöbəsinin rəisidir. Bütün Respublikaya idxal edilən avtomobillərə ağlına gələn qiyməti o yazdırır.
  10. Baldızı oğlu Rəfail Niftəliyev Enerji Resursları və Dəniz Nəqliyyatı Baş Gömrük idarəsində İdarə rəisidi. İdarənin bütün gəlirli hissələrinə o nəzarət edir.
  11. Bacısının kürəkəni Sahib Dövlət Gömrük Komitəsində Audit Təhlil Baş İdarəsində böyük inspektordu.
  12. Bacısinin kürəkəninin qardaşı Zaman Dövlət Gömrük Komitəsinin Xocahəsən Gömrük Postunun inspektordu.
  13. Bacı oğlusu Röşən Dövlət Gömrük komitəsində işləyir. Hec vaxtı işə gəlmir. Amma kənarda biznesiylə məşguldu.
  14. Bacısının kürəkəni Vilayət Dövlət Gömrük Komitəsinin Maliyyə Tarif və Nəzarəti Baş İdarəsində baş inspektordu. Amma tərcümeyi halını yaza bilmir.
  15. Bacanağı Həsən Dövlət Gömrük Qospitalında işləyir.
  16. Dostu Elman Dövlət Gömrük Komitəsinin Qospitalında Baş həkimdi. Elman doktorun qardaşı Fərman gömrük zabiri olduğu halda, saxta dərman idxalına görə DTX tərəfindən həbs edilmişdir.
  17. Bacanağı Eldar Dövlət Gömrük Komitəsinin Tikinti İdarəsinin rəis müavinidir. Tikintidə qara kassiya o nəzarət edir.
  18. Bacanağı İlham Dövlət Gömrük Komitəsinin Tikinti İdarəsində işləyir. Əmək haqqı alır, amma işə cixmır.
  19. Qardaşının kürəkəni Sahib iş adamlarına ucuz qiymətə mal çıxarda bildiyini deyərək, Broker Gömrük xidməti açıb.
  20. Yeznəsinin qardaşı oğlu Cəfərov Davud, Xocahəsən Gömrük postunun rəisi başqası olduğu halda özü rəislik edir.
  21. Yeznəsinin qardaşı oğlu Cəfərov Süleyman “Azterminalkompleks” İstehsalat birliyində işləyir.
  22. Yeznəsinin qardaşı oğlu Cəfərov Asif Dövlət Gömrük Komitəsində işləyir.
  23. Yeznəsinin digər qardaşı oğlu Rəhman Xocahəsən “Azterminalkompleks” İB işləyir.
  24. Dostunun qardaşı Ramiz Gömrük Komitəsinin mobil qrup bölməsində baş inspektordur.
  25. Qardaşının kürəkəni Arif 51 yaşında işə düzəlib. “Gömrük orqanlarinda Xidmət haqqinda” Əsasnaməyə əsasən kapitana qədər 50 yaş son yaş həddidir. Bunu 51 yaşında təzə işə götürüblər.

P.S. Bütün bunlar Gömrükdə vəziyyətin hansı şəkildə olduğunu deməyə kifayət qədər əsas verir. İnhisarçılıq, özbaşınalıq, sahibkarlara qarşı haqsızlıqların haradan qaynaqlandığı da məhz bu cür eybəcərliklərə bağlıdır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button