ManşetÖlkə içi

Generalın qızlarının Londonda restoranı varmış – FOTOLAR

Əlahiddə Ümumqoşun Ordu Komandanı Kərəm Mustafayevin qızlarının adına Londonda restoran olduğu məlum olub. JAMAZ.İNFO xəbər verir ki, bu barədə məlumatı tanınmış araşdırmaçı journalist Cavanşir Həsənli yayıb.

O bildirib ki, Londonda fəaliyyət göstərən “Foley” adlı restoranda iki nəfərlik ortabab nahar 70-100 funt sterlinqə (150-220 manata) başa gəlir. Cavanşir Həsənli yazır ki, bahalı restoranın sahibələri Müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu Komandanı Kərəm Mustafayevin qızlarıdır. “Restoran Londonda fəaliyyət göstərən iki şirkət – FOLEY’S RESTAURANT LIMITED və onun törəməsi olan LONDON GASTRONOMY GROUP LTD tərəfindən idarə olunur. Restoran 2017-ci generalın qızlarının adına rəsmiləşdirilib”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button