ManşetÖlkə içi

Gecə Xankəndidə nə baş verib?- təcili iclas çağırılıb, separatçılar təlaş içində

Moskva görüşündən sonra həm Ermənistan, həm də Azərbaycanda danışıqların nəticələri ilə bağlı müzakirələr davam edir. Görüşün nəticələrinin necə olması barədə rəsmi olaraq tutarlı açıqlamaların verilməməsi, əlavə müzakirələr üçün yer qoyub. JAMAZ.İNFO xəbər verir ki, bunun fonunda Xankəndiyə yerləşmiş erməni separatçıları isə təlaş içindədirlər.

Bir neçə gün əvvəl Ermənistan hakimiyyətinə etiraz edən, bununla bağlı bəyanat yayan separatçılar dünən gecə İrəvandan gələn telefon zəngindən sonra təcili olaraq qondarma “təhlükəsizlik şurası”nın iclasını çağırıblar. “Jamanak” qəzetinin yaydığı məlumata görə, baş separatçı Arayik Harutyunyan mayın 26-sı axşam saatlarında keçirdiyi yığıncaqda Qarabağ ətrafında yaranmış hərbi-siyasi vəziyyəti müzakirə edib. Toplantıda müzakirə olunan məsələnin təfərrüatları barədə məlumat verilmir.

Görünən odur ki, Qarabağdakı separatçılar qapana sıxışdıqlarını hər gün daha çox hiss etməyə başlayıblar. Üstəlik, separatçılar artıq nə Azərbaycan tərəfindən qəbul edilir, nə də Ermənistan hakimiyyətindən mədət uma bilirlər. Yəni, onlarla nə hesablaşan var, nə də saya salan. Əgər belə olmasaydı, İrəvandan gələn bir telefon zəngindən sonra təcili toplaşmazdılar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button