ManşetSiyasət

Fransızlar təxribata başladılar: Paris meri Laçın SBM-yə gəlir

Fransanın Azərbaycana qarşı təxribatları start götürüb. JAMAZ.İNFO xəbər verir ki, bu gün səhər saatlarında İrəvanın mərkəzindən Fransadakı “Aznavur” erməni fondunun göndərdiyi yüklərin Qarabağa daşınması prosesinə başlanılıb.

Bildirək ki, həmin maşın karvanına Paris meri Ann Hidalqo başçılıq edir. O az öncə özünün Tvitter hesabında bununla bağlı yazıb: “Qarabağın 120 min ermənisi, o cümlədən 30 mini uşaq 9 ay ərzində təcrid olunmuş, aclıq və hər şeydən məhrum edilmişdir. Bu humanitar fəlakətə görə biz onlara humanitar yardım edirik. Çox vaxt qalıb”.

Qeyd edək ki, Fransa son zamanlar Ermənistanı açıq şəkildə dəstəkləməklə yanaşı, həm də Azərbaycana qarşı həyasızlığı ilə seçilir. Belə ki, onlar maksimum dərəcədə Qarabağ məsələsindən istifadə edərək, Bakıya təzyiq göstrəməyəçalışırlar. “Humanitar yardım” şousu da bunlardan biridir.

Dünən Fransa XİN-in Azərbaycanın Qarabağa dair siyasətini  “mənəviyyatsızlıq” adlandırması da, əxlaqsızlığın, siyasi fahişəliyin yeni növlərindən biri kimi qəbul edilməlidir. Çünki Fransa heç bir şəkildə Azərbaycanın daxili işlərinə qarışmamalıdır və qarışa da bilməz.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button