ManşetÖlkə içi

Fransa Zəngəzur dəhlizindən pay istəyir? – erməni ekspertdən iddia

“Müharibə bitməyib, sadəcə olaraq atəşkəs rejimidir. Vəziyyət ağırdır. Amma yol açılsa, inteqrasiya prosesi həyata keçirilə bilər”. JAMAZ.İNFO xəbər verir ki, bunu erməni ekspert, ehtiyatda olan ordu polkovniki Hayk Nahapetyan “Faktİnfo”ya deyib.  

Onun sözlərinə görə, Azərbaycanın əsas hədəfi Qarabağdakı Ermənistan silahlı qüvvələrini tam tərksilah etməkdir. “Əgər bunu edrələrsə və Qarabağdakı bütün strukturlar ləğv olunarsa, Bakı-Xankəndi dialoqu olacaq. Lakin burada vacib bir detal odur ki, Azərbaycanın planlarını ləngidən başlıca amil Rusiya sülhməramlı qüvvələri ilə fikirlərin üst-üstə düşməməsidir”.

Nahapetyan deyir ki, Laçında Sərhəd Buraxılış Məntəqəsinin qurulması Laçın yolunun dəhliz statusunu itirməsi deməkdir. “Keçid məntəqəsi ona görə yaradılıb ki, Azərbaycana asanlıqla Dığ kəndi ərazisindəki yüksəklikdə döyüş bazaları qursun. Həmin yüksəkliklər keçid məntəqəsinə nəzarət edir”.

Erməni ekspert Fransanın son zamanlar aktivliyinə də toxunub. “Son iki ildə Fransa Azərbaycanla qaz və neft müqavilələrinin sayını artırıb. Məhz Fransa idi ki, onun hərbi peykləri 44 günlük müharibə zamanı hava döyüşlərini idarə edərək Azərbaycan Hərbi Hava Qüvvələrinə məlumat ötürdü. Azərbaycan Fransanın maraqlarına xidmət edən mühüm tərəfdaşdır. Fransa yeganə ölkədir ki, enerjisi nüvə stansiyalarında istehsal olunur, xammalı isə urandır. O xammal əvvəllər Nigerdən gəlirdi, indi yəqin ki, uran satan Qazaxıstandan alacaqlar. Həmin uran Qazaxıstandan Azərbaycana, sonra Ermənistandan Sünik vasitəsilə Naxçıvana, ondan sonra Türkiyəyə, Qara dəniz vasitəsilə Avropaya daşınacaq. Fransa atom elektrik stansiyaları üçün xammal almaq üçün ən qısa yola sahib olmaq istəyir. Yəni, “Zəngəzur dəhlizi”ndən faydalananların sayı bir nəfər artıb”.

Nahapetyan qeyd edir ki, Azərbaycan Qarabağda antiterror əməliyyatı keçirmək niyyətindən çəkilməyib. “Azərbaycanlılar sülhməramlılarla münaqişəsiz Qarabağ ərazisinə daxil olmağı, hərbi obyektləri, şəxsi heyəti tez bir zamanda ələ keçirməyi və hərbi texnikanı məhv etməyi planlaşdırırlar”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button