ManşetSiyasət

Fransa və Rusiya Qarabağla bağlı təkliflər hazırlayır

“Rusiya və Fransa prezidentlər qərarlaşdırıblar ki, Qarabağ münaqişəsinin həllində birgə səyləri artırmaq üçün Minsk Qrupunun fəaliyyətini bərpa etsinlər. Yaxın vaxtlarda bu istiqamətdə konkret təşəbbüsləri əks etdirən təkliflər hazırlanacaq”. JAMAZ.İNFO bildirir ki, bu açıqlamanı Faransanın Ermənistandakı səfiri Conatan Lakott verib.

O deyib ki, 26 apreldə Fransa və Rusiya prezindetləri arasında telefon danışığı olub. “Həmin danışıq zamanı Makron Qafqazdakı ümumi vəziyyət, əsirlərin geri qaytarılması, humanitar yardımların artırılması və mədəni irsin qorunması məsələlərində təcili addımlar atılması barədə danışıb.  Hər iki prezident Qarabağ məsələsinin həlli üçün səylərin artırılması məsələsində razılıq əldə ediblər. Yaxın günlərdə bu istiqamətdə konkret təşəbbüslər təqdim olunacaq”.

Səfir Lakott növbəti dəfə Bakıda açılmış “Qənimətlər Parkı” barədə danışıb. O əvvəlki kimi sözünü təkrarlayaraq, müharibənin teatr səhnəsi olmadığını və hazırda əsas məsələnin münaqişənin həlli yolunun tapılmaq olduğunu deyib.

P.S. Qeyd edək ki, Azərbaycan tərəfi 44 günlük müharibədən sonra Qarabağ münaqişəsinin başa çatdığını bəyan edib. Bundan başqa, Bakıya səfər edən Minsk Qrupunun üzvlərini qəbul edərkən, Prezident İlham Əliyev münaqişənin bitdiyini bir daha bəyan edərək, vasitəçilərə ehtiyac duymadıqlarını bildirib. İndi bunun üzərindən ATƏT-in Minsk Qrupunu “xortlatmaq”, yenidən uzun-uzadı və mənasız danışıqlar aparmaq nəyə və kimə xidmət edir, bəlli deyil. Fransa və Rusiyanın hər hansı bir təşəbbüslə çıxış etməsi və ya etməməsindən asılı olmayaraq, rəsmi Bakı bir daha bəyan etməlidir ki, onun vasitəçilərə ehtiyacı yoxdur və bu missiyadan imtina etməlidir. Əks təqdirdə, proses acı bağırsaq kimi uzanmaqda davam edəcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button