Bir neçə gün bundan əvvəl evinin önündə güllələnən deputat Fazil Mustafaya qarşı sui qəsd təşkil etmiş şəxsin saxlanıldığına dair məlumat yayılıb. JAMAZ.İNFO xəbər verir ki, sui qəsdə şübhəli bilnin şəxsin Qaradağ rayonu ərazisində saxlanıldığı deyilir.
Həmin şəxsin kimliyi barədə DİN hələ ki, açıqlama verməyib. Yaxın saatlarda rəsmi açıqlamanın veriləcəyi gözlənilir.
Xatırladaq ki, Fazil Mustafa bir neçə gün əvvəl evinin önündə silahlı hücuma məruz qalmışdı. Açılan atəş nəticəsində deputat çiyinində və ayağından yaralanmışdı.