ManşetSiyasət

“Fars” Agentliyindən iddia: “İsrail Azərbaycana verdiyi “Dəmir qübbə” raketlərini geri alır”

Son günlər İsraildən Azərbaycana və geriyə mütəmadi olaraq hərbi yük təyyarələrinin uçmasına dair iddialar çoxalıb. JAMAZ.İNFO xəbər verir ki, bununla bağlı təkcə yerli deyil, həmçinin xarici mənbələr də məlumat yayırlar.

Son belə məlumat isə Qərb mediasında yayılıb. Orada iddia olunub ki, İsrail Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlara rəğmən, Bakı ilə silah öhdəliklərinə əməl edir. “İsrail bu gün Qəzzada hərbi əməliyyatlar həyata keçirir. Onun özünün silahlara ehtiyacı var. Lakin buna baxmayaraq, Azərbaycanla bağladığı razılaşmaya əsasən silahların bu ölkəyə təhvil verilməsi öhdəliyinə əməl edir”.

Lakin İran mediası başqa bir iddia ilə çıxış edib. JAMAZ.İNFO xəbər verir ki, xəbərin mənbəyi “Fars” Xəbər Agentliyidir. Agentliyin iddiasına görə, İsrailin Azərbaycana satdığı “Dəmir qübbə” raket komplekslərini geri almağa başlayıb. “Böyük həcmdə reaktiv yaylım atəşi sistemlərinin öhdəsindən gələ bilmədiyi üçün İsrail Azərbaycana gətirilən “Dəmir qübbə” raket sistemini və xüsusi sursatları geri qaytarır”.

Qeyd edək ki, Azərbaycanla İsrail arasında hərbi sahədə dərin əməkdaşlıq mövcuddur. Bunu rəsmi Bakı da gizlətmir. Azərbaycan İsrail istehsalı olan bir sıra silahlara malikdir və rəsmi müqavilə əsasında onları alıb. Son zamanlar İsraildən Azərbaycana uçan hərbu yük təyyarələrinin sayının artmasına gəlincə, rəsmi Bakı bu barədə açıqlama vermir. Eyni zamanda, İran mediasının iddiası da əsaslı görünmür. Çünki Azərbaycan “Dəmir qübbə” raket komplekslərini pulla alıb, icarəyə götürməyib. Əgər pulla alıbsa, onları geri verməsi məntiqli görünmür. Həmçinin Azərbaycan indiki şəraitdə bu silahları geri, yəni İsrailə satması da məntiqsizdir.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button