ManşetMedia

“Fakt” qəzeti: “Sagyan Xocavənd şəhəri uğrunda gedən döyüşlərdə ölüb”

Xəbər verdiyimiz kimi, dünən Xocavənd rayonunun qondarma “meri” Aznavur Saghyan Azərbaycan Ordusunun bölgədə həyata keçirdiyi antiterror əməliyyatı zamanı öldürülüb. JAMAZ.İNFO xəbər verir ki, “mer” Ordumuza silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirib.

Ermənistanda nəşr olunan “Fakt” qəzeti onunla bağlı “Xocavənd şəhərini qoruyarkən, ölən mer” başlıqlı məqalə yazıb. Həmin məqalədə Saghyanın Xocavənd şəhəri uğrunda gedən döyüşlərdə öldürüldüyü qeyd edilir.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi artıq ikinci sutkaya keçən antiterror əməliyyatı zamanı hansı əraziləri terrorçulardan təmizlədiyi barədə açıqlama verməyib. “Fakt” qəzetinin yaydığı xəbərdən isə belə məlum olur ki, Ordumuz Xocavənd rayonunu terrorçulardan təmizləyir. Çünki qəzet Saghyanın məhz şəhər uğrunda gedən döyüşlərdə öldüyünü bildirib. Belə çıxır ki, Ordumuz Xaocavəndi terrorçulardan təmizləyib və ya prosesi yekunlaşdırmaq üzrədir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button