ManşetMedia

“Expressbank” zərərini ört-basdır etmək üçün yeni yol tapıb

“Expressbank”ın keçən 6 ay üçün hesabatını açıqlayaraq, bir sıra parametrlər üzrə irəlidə olduğunu iddia edib. Lakin JAMAZ.İNFO-ın araşdırması nəticəsində məlum olub ki, bankın kredit portfelinin məbləği ilk 6 ay üçün 440 milyon 944 min manat təşkil etsə də, ötən ilin müvafiq dövrü ilə müqayisədə azalıb.

Hərçənd bank rəhbərliyi bu müqayisəni keçən ilin müvafiq dövrü ilə deyil, ötən ilin sonu ilə aparıb və belə mənzərə yaranıb ki, bank  31 milyon 691 min manat və ya 7,7% çox böyüyüb.

Maraqlıdır ki, “Expressbank” 2024-cü ilin ilk 6 ayını 6 milyon 19 min manat xalis mənfəət ilə başa vurub. Amma digər kateqoriya və bəndlər üzrə ciddi maliyyə itkilərinə məruz qalan bank bu rəqəmi necə alıb? JAMAZ.İNFO xəbər verir ki, sözügedən bank xalis mənfətinin azalmasını gizlətmək, onu keçən ilin müvafiq dövrü ilə eyniləşdirmək üçün maraqlı bir yol tapıb. Belə ki, “Expressbank” hər il mümkün zərərlər üçün yardılmış ehtiyatları gəlirlər bölümünə daxil edərək, özünü qazanclı bank kimi gsötərməyə çalışır. Halbuki bu, bankın xalis gəlirlərinin fəaliyyət yolu ilə deyil, süni yolla şişirdilməsi deməkdir.

Amma adıçəkilən bankın problemi bununla da bitmir. Məsələ odur ki,

“Expressbank” bir çox kateqoriyalar üzrə də zərər düşüb və ya başqa banklardan geri qalır. Məsələn, bankın xalis mənfəəti cari ilin ilk yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 301 min manat və ya 4,8% azalıb. Bank bunu ehtiyata ayrılan vəsaitin artırılması ilə əlaqələndirir. Halbuki həmin ehtiyata ayrılan pullar ilin sonunda yenidən xalis mənfəətə əlavə ediləcək. Bununla da zərəri kompensasiya edəcəklər.

Həmçinin bankın “Banklar və digər maliyyə institutları üzrə depozitlər” üzrə fazi gəlirləri də xeyli aşağı düşüb. Söhbət 1.03 milyon manatdan 358 min manata enməkdən gedir.

Eyni zamanda, “Ticarət və investisiya üzər faiz gəlirləri” də azlıb ki, bu da 1.88 milyon manatdan 1.4 milyon manata qədər düşüb.

Paralel olaraq, bankın “Digər faiz xərcləri” bəndi üzrə öhdəlikləri isə iki dəfə artıb. Nəticədə, 900 min manat olan həmin xərclər 1.8 milyon manata çatıb.

Bundan başqa, “Expressbank”ın “Banklar və digər maliyyə instututlarına depozitlər üzrə” maliyyə qoyuluşları da çox aşağı düşüb. Bu zaman 20 milyon manatlıq fərq yaranıb. Belə ki, ötən il 51 milyon manat olan məbləğ, bu il 31 milyonda dayanıb.

Son olaraq bildirək ki, banka etibar edən hüquqi şəxslər də azalıb. Belə ki, ötən il hüquqi şəxslər 78 milyon manata yaxın depozit qoyduqları halda, bu ilin ilk altı ayı cəmi 47 milyon manatlıq depozitlə kifayətləniblər.

Xatırladaq ki, “Expressbank”ın Müşahidə Şurasının sədri Əfqan Cavadovdur və o, 30 iyun 2020-ci ildən bu vəzifədədir.

İdarə Heyətinin sədri isə Mehman Məmmədovdur. O da Əfqan Cavadovla eyni vaxtda bu vəzifəyə təyinat alıb. Lakin bu şəxslərin 4 ildə banka rəhbərliyi, onun böyüməsinə deyil, reytinq baxımdan da aşağı düşməsinə səbəb olub. Bunu 4 ilin təftişləri də təsdiqləyir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button