GündəmManşet

Ermənistanla sərhəddə və Xankəndidə nə baş verir? – DÜŞMƏN TƏYYARƏSİNİN VURULDUĞU XƏBƏRİ YAYILIB

Azərbaycan-Ermənistan sərhəddində və Qarabağın rus sülhməramlılarının nəzarətində olan hissəsində gərginlik yenidən artıb. JAMAZ.İNFO xəbər verir ki, artıq son iki gündə bölgədə atəş səslərinin intensiv duyulduğuna dair iddialar var.

Belə ki, ötən gün tanınmış blogger, Mmeydan TV-nin əməkdaşı Həbib Müntəzir özünün Telegram kanalında yazıb ki, Azərbaycan-Ermənistan sərhəddinin Qubadlı istiqamətində Azərbaycan və erməni əsgərləri arasında atışma baş verib. Müntəzirin yazdığına görə, Azərbaycan Ordusu həmçinin Ermənistana məxsus hərbi təyyarəni də vurub.

JAMAZ.İNFO xəbər verir ki, erməni mənbələri də, həm sərhəddə, həm də Xankəndi istiqamətində atəş səslərinin eşidildiyini iddia ediblər. Hraparak.am saytının iddiasına görə, Süniklə sərhəddə atışma olub. Bu barədə açıqlamanı isə Qafanın meri Gevorq Parsyan verib. O deyib ki, guya, belə atışmalar hər gün olur. “Lakin dünən atışmanın müddəti uzun çəkdi”.

Parsyan onu da deyib ki, sərhədd ərazidə hər hansı problem yaşanmır. Onun sözlərinə görə, hadisənin nədən qaynaqlandığı barədə heç bir məlumatı yoxdur.

Bu əsnada, erməni mediası Xankəndinin də guya, Azərbaycan Ordusu tərəfindən atəşə tutulduğuna dair məlumat yayıb. Hetq.am saytı iddia edib ki, guya, aprelin 20-də saat 15:00 radələrində Azərbaycan Ordusu Xankəndinin tabeliyində olan Mxitarşen və Şoş kəndlərini atəşə tutub. Hətta atəşin 15-20 dəqiqə davam etdiyi iddia olunur. “Hadisə nəticəsində mülki şəxslərə zərər toxunmasa da, bir evin damı zədələnib. Hadisədən dərhal sonra sülhməramlıların nümayəndəsi evə gələrək, araşdırma aparıb və güllələri götürərək, gedib. Bununla bağlı araşdırma aparıldığı deyilir”.

Qeyd edək ki, Azərbaycan tərəfi, xüsusən də Müdafiə Nazirliyi məsələ ilə bağlı hər hansı açıqlama verməyib.

P.S. Bildirək ki, ermənilər davaçlı olaraq bu cür təbliğatdan istifadə edib. Hələ noyabr sazişindən sonra erməni tərəfi iddia etmişdi ki, guya, əsgərlərimiz Xankəndi istiqamətində atəşkəsi pozmağa çalışıb. Lakin sonradan məlum oldu ki, həmin hadisəni ermənilərin özləri törədib. Vəziyyətdən çıxmaq üçün isə bildirmişdilər ki, guya, hansısa erməni əsgər içərək, havaya atəş açıb. Halbuki belə olmadığını Azərbaycan tərəfi də bilirdir. Məlum olmuşdu ki, bir qrup silahlı erməni Azərbaycan postlarına hücum etməyə cəhd göstərmişdilər və layiqincə cavablarını da almışdılar.

Bir digər erməni yalanı da Sünikdə üzə çıxmışdı. Belə ki, üzərində “Azərbaycana Xoş Gəlmisiniz” sözləri yazılmış tablo ermənilər tərəfindən gülləbaran edilib. Əraziyə rus sülhməramlıları gələrək, insidenti aradan qaldırmağa çalışmışdılar. Lakin Azərbaycan Ordusu konkret addım ataraq, ərazini tam nəzarətinə götürməklə, ermənilərə layiqincə dərs vermişdilər.

Amma bu da son deyil. Bildirək ki, Ermənistan tərəfi təxribatılarından qalmırlar. Onlar mütəmadi olaraq Azərbaycan ərazilərinə kəşfiyyat qrupları göndərirlər. Hələ müharibə sona çatdıqdan qısa müddət sonra Azərbaycan əsgərləri 70 diversant və bir neçə kəşfiyyatçını da həbs edərək, əsir götürmüşdülər.

Bütün bunlardan anlaşılan odur ki, Azərbaycan üçtərəfli sazişə hər nə qədər ciddi riayət etsə də, Ermənistan maksimum dərəcədə prosesdən boyun qaçırır, təzribat törətməyə çalışır. Böyük ehtimalla, (əgər hadisə baş veribsə) istər Sünik, istərsə də Xankəndi istiqamətində baş verənlər növbəti erməni təxribatıdır. Və gedişat onu göstərir ki, 44 günlük müharibədə ağır məğlubiyyətə uğramış ermənilər dinc oturmaq fikrində deyillər və onlar başlarına daha bir yumruğun endirilməsini istəyirlər. Ki, rəsmi Bakı da dəfələrlə bəyan edib ki, əgər revanş eşqinə düşsələr, bu dəfə ermənilərə heç bir güzəşt olmayacaq və daha faciəvi məğlubiyyətə düçar ediləcəklər.    

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button