GündəmManşet

Ermənistanla sərhəddə maraqlı hadisə: Azərbaycanlılar neytraldan dəmir boru gətirmək istədi

Aprelin 28-də 8-10 nəfər mülki geyimli Azərbaycan vətəndaşı Ermənistanla sərhəddə neytral əraziyə keçərək, oradakı dəmir boruları çıxarıblar. JAMAZ.İNFO xəbər verir ki, bu məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.

Nazirlik iddia edir ki, hadisə yerinə gələn Ermənistan Sərhəd Xirmətinin əməkdaşları azərbaycanlılardan ərazini tərk etmələrini istəyib. Hadisənin Tovuzun Əlibəyli kəndi istiqamətində baş verdiyi, mülki şəxslərin netral ərazidə uzunluğu 40 metr olan dəmir borunu çıxarmaq üçün gəldikləri, habelə hər hansı bir insidentin yaşanmadığı qeyd olunur.

Bildirək ki, Azərbaycan Müdafiə Nazirliyi erməni tərəfinin yaydığı xəbərlə bağlı hər hansı bir açıqlama verməyib. Müdafiə Nazirliyi və DSX-dan verilən məlumatda deyilir ki, Ermənistanla sərhəddə vəziyyət stabil olaraq qalır və hər hansı bir insident qeydə alınmayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button