ManşetÖlkə içi

Ermənistanın sabiq baş prokuroru Qarabağda işləməyə hazırlaşır

Qarabağdakı separatçılar son zamanlar “kadr” dəyişikliyinə başlayıblar. JAMAZ.İNFO xəbər verir ki, baş separatçı Arayik Harutyunyan bir neçə gün əvvəl özünün 9 adamını “nazir” “vəzifəsin”dən azad edib.

Bildirək ki, bu dəyişikliyin Rusiyanın Qarabağdakı əsas adamı Ruben Vardanyanın istəyinə əsasən reallaşdığı deyilir. Həmin məlumatlara görə, Vardanyan bu gün Moskvaya gedib, orada danışıqlar apardıqdan və geri döndükdən sonra yeni “təyinat”lara başlayacaq.

JAMAZ.İNFO xəbər verir ki, Qarabağdakı vəzifələrdə Ermənistanın keçmiş baş prokuroru Artur Davtyanın da gözü var. “Joqovurd” qəzetinin yazdığına görə, Davtyan Qarabağdakı separatçılarla görüşərək, orada vəzifə tutmağa hazır olduğunu bildirib. “Hələlik hüquqşünas Artur Davtyanın potensialından harda istifadə etmək mümkün olacağına qərar verilməyib. Eyni zamanda, onun təklifinə ciddi yanaşılacağı da müzakirə mövzusudur”.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button