“Ermənistanın qaz təhcizatı Azərbaycanın nəzarəti altındadır”
“İran İran prezidentinin Ermənistanın müstəqillik gününü təbrik etməsində dərin məna yoxdur. Bu adi protokoldur”. JAMAZ.İNFO xəbər verir ki, bunu politoloq Beniamin Matevosyan deyib.
Onun sözlərinə görə, Ermənistan Ukrayna, Mərkəzi Asiya dövlətləri, Gürcüstan, Moldova ABŞ, London və Brüsselin əlindədir.
Matevosyan ABŞ-ın “3-4 il qı.da sıxıntı çəkəcəksiniz, lakin daha yaxşı nəticələriniz olacaq” açıqlaması barədə deyib ki, Qərbin məqsədi Ermənistanı Rusiyanın tam nəzarətindən qoparmaqdır. “Düzdür, Nikol Paşinyan alternativ olaraq, Azərbaycandan da qaz almağa hazır olduğunu bəyan edir. Amma amerikalılar axmaq deyillər. Yaxşı bilirlər ki, Paşinyan sentyabrın 21-də Rusiya qazından şərti imtina etsə, Azərbaycan sentyabrın 22-də qaz verməyəcək”.
Erməni politoloq bildirir ki, Ermənistanın qaz təhcizatı faktiki olaraq Azərbaycanın nəzarəti altındadır. “Kirantsda Gürcüstandan gələn qaz kəmərinin bir hissəsi Azərbaycan Ordusunun nəzarəti altındadır. Sabah Kərki kəndi Azərbaycana qaytarılarsa, Ermənistanın cənubuna uzanan qaz kəməri də Bakının nəzarəti altına düşəcək. Bu o deməkdir ki, İrandan gələn qaz kəmərini də tezliklə ələ keçirəcəklər və ya onun normal işləməsinə imkan verməyəcəklər”.