İqtisadiyyatManşet

Ermənistandakı mədənlərdən birinin sahibi azərbaycanlı imiş: Bakı qızıl və mis yataqlarını gizli alır?  

Ermənistanda yeni bir iddia gündəmi qarışdırıb. JAMAZ.İNFO xəbər verir ki, Vahe Makaryan adlı jurnalist özünün araşdırmasında iddia edib ki, Azərbaycan gizli şəkildə Ermənistandakı qızıl və mis mədənlərini almağa başlayıb.

Jurnalist yazır ki, hələ 2018-ci ildən etibarən Azərbaycan Rusiyadakı iş adamları vasitəsi ilə Ermənistandakı mədənləri ələ keçirmək üçün fəaliyyətə başlayıb. Onuun iddiasına görə, bu prosesdə Bakıya yardım edən əsas qüvvə “VTB Bank Rusiya”dır. Belə ki, bu bank Ermənistanda da fəaliyyət göstərir və sözügedən ildə yaranmış borc səbəbindən Tequt mədənini Vallex şirkətlər qrupundan alıb.

Makaryan qeyd edir ki, VTB Rusiya-Azərbaycan kapitallı bankdır və burada Azərbaycan Dövlət Neft Fondunun da payı var. “Tequt mədəni məsələsi bir qədər ayrıdır. Prosesdə Azərbaycanın gizli əli olduğu arıq görünməyə başlayıb”.

Erməni jurnalist bildirir ki, son zamanlar Zəngəzur Mis-Molibden Kombinatı ətrafında qəribə hadisələrr baş verir. Onun sözlərinə görə, həmin kombinatda həbslərin həyata keçirilməsi, rəhbərliyin dəyişdirrilməsi səbəbsiz deyil. “Bu həbslərin ardından Zəngəzur Mis Molibden Kombinatının gəlirlərinin yenidən bölüşdürülməsi prosesi reallaşdı. Məlum oldu ki, Ermənistandakı “Sotk” və digər mədənlərə sahib olan “GeoProMining” də Zəngəzur Mis-Molibden Kombinatının sahibinə çevrildi. Belə ki, rusiyalı oliqarx Roman Trotsenkoya məxsus “GeoProMining” cəmi iki ay əvvəl Zəngəzur Mis-Molibden Kombinatının 60 faizini alıb. Sonra isə şübhəli sövdələşmə ilə 25 faizlik payı Ermənistan hökumətinə “verib”.

Makaryan daha sonra yazır ki, Roman Trotsenkoya məxsus “Nakilep Oversis” şirkəti 2020-ci ilin iyul ayında Ermənistanın ən böyük mədənlərindən biri olan Sotk qızıl mədənini də alıb. “Bəs, Trotsenko kimdir? O, milyarder olmaqla yanaşı, müxtəlif sahələrdə nəhəng bizneslərə malikdir. Bundan əlvaə 2012-ci ildən Rosneft Dövlət Neft Şirkətinin prezidenti İqor Seçinin müşaviri də olub. 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən o, ölkənin ali mükafatına layiq görülüb”.

Erməni jurnalist prosesin bununla bitmədiyini, işin bir ucunun İrlandiyaya belə uzandığını da vurğulayır. “Diqqət çəkən məqam odur ki, “GeoProMining” İrlandiyada 300 milyon dollarlıq istiqraz buraxıb və bu istiqrazlar Ermənistanda yerləşən aktivlərlə təmin olunub. Həmin istiqrazları kimin aldığı və pulların Ermənistana daxil olub-olmadığı aydın deyil. Yeri gəlmişkən, həmin istiqrazların emissiya hissəsində Sotk mədəninin Qeqarkunik rayonunda yerləşdiyi qeyd olunub. Bu arada həmin orqanlar hesab edirlər ki, “Sotk” mədəni və ya onun ən azı bir hissəsi Ermənistan Respublikası ərazisində deyil, Azərbaycan tərəfindədir və hazırda ona qismən azərbaycanlılar nəzarət edir”.

O bildirir ki, səhmərin buraxılmasına VTB Bank kömək edib. “Bu bankın səhmdarlarından biri isə Azərbaycan Dövlət Neft Şirkətidir. Yəni iplər yenidən incə siyasi və iqtisadi sövdələşmələr nəticəsində yavaş-yavaş Ermənistanın milli sərvətinin, yerin təkinin sahibi olmağa çalışan Azərbaycana doğru aparır. Ermənilərə məxsus sərvət Nikol Paşinyan hakimiyyəti tərəfindən bu dəqiqə Rusiyanın iştirakı ilə yavaş-yavaş Azərbaycanın nəzarətinə verilir. Bunu İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı dediyi son fikirlər də təsdiqləyir. O deyib ki, dəhliz məsələsi bitib”.

JAMAZ.İNFO xəbər verir ki, erməni jurnalist araşdırmasını Tequt mədəni məsələsi ərafında baş verənlərlə yekunlaşdırıb. “Hazırda VTB Bankın Ermənistandakı Vallex şirkətlər qrupundan 308 milyon dollar borcuna görə müsadirə etdiyi Tequt mədəni ilə bağlı daha bir sövdələşmə hazırlanır. İndi Bank VTB-nin GeoProMining borc məsələsində fəal iştirakı, Bank VTB ilə Azərbaycan arasında əlaqə, eləcə də əvvəlki hadisələr belə bir qənaətə gəlməyə əsas verir ki, Ermənistandakı sonuncu böyük mədənin Azərbaycan hökumətinə təhvil verilməsi gedir. Bizə dedilər ki, sövdələşmə artıq bağlanıb, lakin müəyyən səbəblərdən hələ elan edilməyib”.

Və Makaryan sonda Zəngəzur Mis Molibden Mədəninin yeni sahibinin kimliyini də açıqlayıb. “Zəngəzur Mis-Molibden Kombinatının noyabrın 4-də şirkətin real benefisiarları ilə bağlı təqdim etdiyi bəyanata yeni ad əlavə edilib. Kombinatın sahiblərinin siyahısını müxtəlif bizneslərdə Trotsenko ilə şərik olan azərbaycanlı soyadlı, lakin kombinatın səhmdarlarının bəyannaməsində Rusiya vətəndaşı kimi qeyd olunan Mirzəəziz Musaxanov əlavə edilib”.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button