ManşetÖlkə içi

Ermənistana aparılan xəstələri bizim həkimlər müayinə edəcək: Bakıdan BQXC qarşısında şərt

“Azərbaycanın Qırmızı Xaç qarşısında şərt qoyub ki, Ermənistana gedən xəstələr keçid məntəqəsində əlavə tibbi müayinədən keçsinlər”. JAMAZ.İNFO xəbər verir ki, bunu Qarabağdakı separatçıların nümayəndəsi, özünü “dövlət naziri” olaraq təqdim edən Qurgen Nersisyan deyib.

Onun sözlərinə görə, rəsmi Bakı xəstələri müayinə etdikdən sonra keçib-keçməməsinə rəy verəcək. Qurgen iddia edib ki, bütün bunlar Qırmızı Xaç üçün öz missiyasını həyata keçirməyə mane olmaq üçün edilir.

Qeyd edək ki, Azərbaycan tərəfi Laçın dəhlizində keçirilən xəstələrin müayinə edilməsi üçün əraziyə həkim briqadası təhkim etməsi barədə rəsmi məlumat yoxdur. Eyni zamanda, bunu edirsə də, haqlıdır. Çünki Qarabağdan Ermənistana və əksinə daşınan xəstələrin müayinə edilməsi ona görə lazımdır ki, həmin şəxslər hazırda Azərbaycan əhalisi hesab olunurlar. Həmçinin belə hallarla sui-istifadə edilməsin, qanunsuz daşınmaların qarşısı alınsın. Əgər dünənə qədər BQXC maşınları ilə siqaret, yanacaq daşımaq cəhdləri aşkarlanıbsa, xəstə adı ilə ermənilərin ora-bura daşınmasından da alver predmeti kimi istifadə oluna bilər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button