DünyaManşet

Ermənistan Sərhəd Qoşunlarında kütləvi istefa: maaşlarını kəsiblər

Ermənistan ordusunda ciddi maliyyə çatışmazlığı olması barədə hələ bir neçə gün əvvəl xəbər vermişdik. JAMAZ.İNFO bildirir ki, həmin məlumatda erməni zabitlərinə maaşların ödənilməsində problem olduğu, müdafiə naziri Papikyanın maliyyə çətinliyi çəkdiklərini bildirdiyi vurğulanırdı.

Qeyd edək ki, analoji problem Ermənistan Sərhəd Qoşunlarında da yaşanır. JAMAZ.İNFO bildirir ki, Tovuz rayonu ilə üzbəüz mövqelərdə xidmət edən erməni hərbçiləri hər ay aldıqları 127 min darm əmək haqqlarının bir hissəsindən məhrum olublar. Belə ki, onlara yeni il ərəfəsində yalnız 90-100 min dram maaş ödəniləcəyini bildiriblər. Bundan başqa, döyüş nöbətçiliyinə görə, aldıqları əlavə 100 min dramın isə yalnız 60 min dramı ödəniləcək ki, bunu da ən yaxşı halda yanvarın 10-na qədər reallaşdıracaqlar.

Erməni siyasətçi Oskan Sarkisyan bununla bağlı yazır ki, hazırda Ttovuz sərhəddində qulluq edən erməni hərbçilər etiraza qalxıblar. “Müqaviləli əsgərlərin əksəriyyətinin banka borcu var. Onlar döyüş növbətçiliyinə görə, aldıqları əlavə pullarla ailələrinə yeni il bazarlığı etmək istəyirdilər”.

Sarkisyan bildirib ki, bu hadisədən sonra Tovuz səmtində xidmət edən erməni hərbçilər və müqaviləli əsgərlər kütləvi şəkildə işdən çıxmaları barədə ərizə yazıblar.  “Onlar bu şərtlər daxilində xidmət etmək istəmirlər. Hamısı istefa verib”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button