DünyaManşet

Ermənistan səfərbərlik etməyə hazırlaşır

Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komissiyasının rəhbəri Andranik Koçaryan hökuməti təcili olaraq resursların səfərbərliyə alınmasına və bütün hallara hazırlıqlı olmağa çağırıb. JAMAZ.İNFO xəbər verir ki, mətbuat kponfransında danışan Koçaryan qeyd edib ki, hər an hər şey ola bilər.

Onun sözlərinə görə, hazırda Azərbaycanla sərhəddə vəziyyət gərgindir. “Biz təcili addımlar atmalıyıq ki, yeni eskalasiyalar baş verməsin. Bundan başqa, indidən zərui tədbirlər görməliyik ki, silahlı qüvvələrimizi idarə etmək rahatlaşsın və onun mobil şəkildə resurslarla təmin edə bilək”.

Komitə sədri vurğulayıb ki, Ermənistan hökuməti səfrəbərlik elan etməli, təcili qüvvələri cəmləşdirməli və onların döyüş qabiliyyətini artırmalıdır. “Əgər sərhəddə atəş açırlarsa, o zaman biz də onlar sussun deyə cavab atəşi açmalıyıq. Bunu etməsək, nəinki öz hüquqularımızı qoruya bilməyəcəyik, həm də itkilərimiz artacaq”.

Koçaryan bəyan edib ki, bunları reallaşdırmaq üçün indiki şəraitdə hərbi vəziyyət elan olunmalıdır. Və bu, sərhəddə vəziyyət düzələnə qədər davam etməlidir. “Bunun üçün siyasi qüvvələrin mövcud vəziyyəti qiymətləndirməsi və qərar qəbul etməsi şərtdir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button