ManşetSiyasət

Ermənistan rus sülhməramlılarına beynəlxalq mandat verilməsi ilə üçün BMT-yə müraciət etməyə hazırlaşır

Ermənistan hökuməti yaxın günlərdə Qarabağdakı rus hərbi kontingentinəd beynəlxalq sülhməramlı missiya statusunun verilməsi üçün BMT-yə müraciət etməyə hazırlaşır. JAMAZ.İNFO xəbər verir ki, bu barədə məlumatı “Joqovurd” qəzeti yayıb.

Qəzet yazır ki, rus sülhməramlılarına beynəlxalq mandatın verilməsi üçün addımın atılması zərurəti Laçın dəhlizinin bağlanmasından sonra aktuallaşıb. Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının sədr müavini Armen Xaçatryan da məlumatı təsdiq edib.

“Joqovurd”un məlumatına görə, İrəvanın bununla bağlı əsas istəyi odur ki, ruslara mandat verildikdən sonra onların səlahiyyətləri də artırılsın. “Məqsəd odur ki, ruslar beynəlxalq mandat aldıqdan sonra yola tam nəzarət edəcək, təhlüksəziyi təmin edəcək, təhlüksəzilik zonasının sərhədlərini müəyyənləşdirəcək, humanitar məsələləri həyata keçircək. Belə olan halda Azərbaycan tərəfi istədiyi vaxt yolu bağlaya bilməyəcək. Lazım olarsa rus hərbçiləri belə addım atanlara qarşı güc tətbiq etmək səlahiyyətinə malik olacaq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button