ManşetÖlkə içi

Ermənistan Qubadlı istiqamətinə əlavə ordu yığır – Sərhəddə vəziyyət gərgindir

Ermənistan Ordusu Azərbaycanla sərhəddə vəziyyəti gərginləşdirməyə başlayıb. JAMAZ.İNFO xəbər verir ki, erməni mediasında yayılan xəbərə görə, dünən axşam saatlarından Ermənistan Müdafiə Nazirliyinin əmrinə əsasən Gorus şəhəri tərəfdən Qubadlı rayonunun Xanlıq kəndi istiqamətinə əlavə ordu qüvvələri göndərilib.

Məlumatda deyilir ki, xeyli sayda qoşun toplayan ermənilərin hərəkətləndiyini görən Azərbaycan həbçiləri təcili tədbirlər görməyə başlayıb. Hətta vəziyyətin gərginləşdiyini görən bölgədəki rus sülhməramlıları təcili olaraq Xanlıq yaxınlığındakı dağlıq əraziyə yerləşiblər.

Məsələ ilə bağlı açıqlama verən Gorus şəhər merinin müavini Karo Koçaryan faktı təsdiqləyib. O bildirib ki, hazırda həm Ermənistan, həm də Azərbaycan tərəfindən bölgədə hərəkətlilik müşahidə edilir və əlavə qüvvələr gətirilir. Lakin o, sərhəddə hər hansı bir təxribat və ya toqquşmanın olmadığını vurğulayıb. “Düzdür, vəziyyət gərgindir. Lakin hər hansı fövqəladə vəziyyət qeydə alınmayıb. Ən çox gərginlik bizim tərəfdə hiss olunur. Hazırda həm yerli özünümüdafiə dəstələri, həm də ordu rəsmiləri təcili toplantı keçirərək, hazırlıq planları hazırlayırlar”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button