CəmiyyətManşet

Ermənistan Qarabağdakı qondarma rejimə maliyyə ayırıb: 120 milyon dollar

Ermənistan hakimiyyəti Qarabağda yaşayan erməni əhalisinə daha 7.3 milyard dram pul ayıracaq. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin bu günkü iclasında qərar verilib.

Ermənistanın sosial müdafiə naziri Narek Mkrtçyan deyib ki, ayrılmış vəsait indiyə qədər Qarabağda qadın, pensiyaçı və əmək qabiliyyəti olmayan kişilərə verilən 68 min dram (130 dollar) məbləğində verilən ünvanlı sosial yardımın davam etməsi üçündür. Onun sözlərinə görə, ötən ilin dekabrından indiyə qədər davam edən prosesin daha bir müddət davam etməsi nəzərdə tutulub. Ona görə də, təkcə iyun ayı üçün həmin pulların ödənilməsinə 7,3 milyard dram (14 milyon dollardan bir qədər çox) ayrılıb.

Mkrtçyan deyib ki, indiyə qədər Qarabağda yaşayan ermənilərə və oradakı qondarma “rejim”in dəstəklənməsinə toplam 61.8 milyard dram pul ayrılıb. Bu ilin sonuna kimi isə həmin rəqəm 84 milyard dram və ya 163 milyon dollar təşkil edəcək.

Erməni nazir onu da bildirib ki, qarşıdakı üç il ərzində Qarabağda yeni evlərin tikilməsi məqsədi ilə Ermənistan hökuməti daha 52 milyard dram (100 milyon dollar) vəsait ayrımağı planlaşdırır. Həmin pulun bir hissəsini isə “Haystan” Fondu ödəyəcək. Bundan əlavə, daha 10 milyard dram isə Qarabağda əmlakını, müəssisəsini və sahibkarlıq subyektlərini itirmiş ermənilərə ödəyəcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button