İqtisadiyyatManşet

Ermənistan Qarabağa “dövlətlərarası borc” ayırıb: 168 milyon dollar

Ermənistan hakimiyyəti Qarabağdakı erməni separatçılarına pul ayırmaq qərarına gəlib. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Ermənistanın maliyyə naziri Atom Cancuqazyan məlumat verib.

O deyib ki, ayrılacaq vəsait iyul ayı üçün elektrik enerjisi, qaz təhcizatı və rabitə xərclərini ödəməklə yanaşı, maaş, müavinat, təqaüd və səhiyyə xərclərini qarşılamaq məqsədi daşıyır. “Bu məqsdələ 8.8 milyard dram pul ayrılması planlaşdırılır. Bunun 1.2 milyard dramı əhalinin kommunal xərclərinə sərf olunacaq. Qalan hissəsi isə dövlətlərarası kredit çərçivəsində “Qarabağ Respublikası”na ayrılacaq”.

Ermənistanın baş naziri Nikol Paşinyan isə bildirib ki, rəhbəri olduğu ölkə Qarabağa 8.7 milyard dram “dövlətlərarası borc” ayırıb. “Noyabr ayından bəri 14 proqram həyata keçirilib. Hazırda ümumilikdə, 53 milyard dram xərclənib”.

Onun sözlərinə görə, müharibədən sonra Qarabağda həyata keçirilən yardım proqramlarına 74 milyard dram pul sərf olunub. “Buraya 8.8 milyard dram da əlavə etsək, Qarabağa ümumilikdə 83 milyard darm pul ayrıldığı məlum olar. İndiyə qədər həmin vəsaitin 52 milyardı verilib. Biz çalışmalıyıq ki, Qarabağda iqtisadiyyatın reablitasiyasına nail olaq. Çünki Qarabağ iqtisadiyyatı fəaliyyət göstərməli və pul gətirməlidir”.

Qeyd edək ki, hazırkı kursla Ermənistanın Qarabağa ayırdığı vəsait 168 milyon dollar edir.

Lakin bizim üçün maraqlı olan məqam odur ki, Azərbaycan ərazisi olan Qarabağa Ermənistan niyə pul ayırmalıdır? Özü də ayrılan pul “dövlətlərarası borc” kimi təqdim edilir. Görünən odur ki, Ermənistan müharibədən nəticə çıxarmayıb. Üstəlik, yeni müharibə həvəsinə girişib. Əks təqdirdə, Qarabağa bu qədər pul ayırması, biəlavə onu “dövlətlərarası borc” kimi təqdim etməsinin başqa açıqlaması yoxdur.

İkinci maraqlı bir məqam isə odur ki, Azərbaycan tərəfi bütün bu baş verənlərə susqunluqla cavab verir. Hər hansı bir açıqlama verməməklə yanaşı, Ermənistana xəbərdarlıq belə etmir. Hər hansı bir addım atmır. Sanki faktiki reallıqla barışıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button