ManşetSosial

Ermənistan Qarabağ “qaçqınları”na ayırdığı 40 min dramı dayandırır

Ermənistan hökuməti müharibədən sonra Qarabağdan bu ölkəyə köçmüş və “qaçqın” kimi qeydiyyata düşmüş şəxslər üçün elan etdiyi aylıq 40 min dram (100 dollar) layihəsinin icrasını dayandırıb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Həmin məlumatda deyilir ki, Qarabağ “qaçqınları”na mənzillə təmin olunana qədər kirayə haqqını ödəmək üçün nəzərdə tutulmuş layihə çərçivəsində indiyə qədər 805 nəfər yararlanıb. Yerdə qalan 3612 nəfər isə bu pulu ala bilmir.

Həmin layihəyə əsasən Qarabağdan Ermənistana köçmüş şəxslər güzəştli şəkildə ev də ala bilərdilər. Lakin Ermənistan Sosial Müdafiə Nazirliyi dünən bəyan edib ki, onlar Qarabağdan gəlmiş ermənilər üçün yalnız yaşayış təhlükəsizliyi proqramını, yəni sertifikatların verilməsini həyata keçirirlər. Layihənin bundan sonra fəaliyyət göstərib, göstərməyəcəyini isə deyə bilməyiblər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button