ManşetÖlkə içi

Ermənistan Müdafiə Nazirliyindən qəribə iddia: Azərbaycan Ordusu Basarkeçəri götürüb?

Ermənistan Müdafiə Nazirliyi bu gün qəribə bir məlumat yayıb. JAMAZ.İNFO xəbər verir ki, nazirliyin açıqlamasına görə, guya, Azərbaycan Ordusu sentyabrın 5-də Ermənistanın Basarkeçər rayonunun Yuxarı Şorca və Yuxarı Zağalı kəndlərini atəşə tutub.

Qeyd edək ki, Yuxarı Şorca Qeqarkunik rayonunun Kəlbəcərlə həmsərhəd kəndidir. Bu kənd istiqamətindən Azərbaycan Ordusunun mövqeləri mütəmadi olaraq atəşə tutulur, düşmən davamlı təxribatlara əl atır.

Lakin Yuxarı Zağca kəndi üçün bunu demək çətindir. Ona görə ki, sözügedən kənd nəinki sərhəddə yerləşir, ümumilikdə, Yuxarı Şorca kəndindən bir qədər sonra salınıb. Əhalisi 400 nəfər olan kəndin Göycə Gölünə yaxın olduğu da mövcud xəritələrdən aydın görünür. Həmin kəndi avtomat silahlarla vurmaq və ya atəşə tutmaq isə mümkün deyil.

Bunun üçün Azərbaycan Ordusunun Yuxarı Şorca ilə Yuxarı Zağalı kəndləri arasındakı, Ermənistan sərhəddinin içərilərinə doğru hündürlüyü 2293 metr olan dağa hakim olması lazımdır.

Əraziyə bələd olan həmkarlarımızdan biri, həmin bölgədə doğulub, boya-başa çatmış jurnalist Şöhrət El-Dəniz JAMAZ.İNFO-ya bildirib ki, Yuxarı Zağalı kəndinin avtomat silahla vurulması məsafəsində olması üçün Azərbaycan Ordusu ilk olaraq Qanlı kəndini tutmalıdır. Onun sözlərinə görə, Qanlı kəndi Basarkeçərin 3 kilometrliyində yerləşir.

“Yəni, Qanlıya getmək üçün rayondan keçib, getmək lazımdır. Belə çıxır ki, Ordumuz Basarkeçəri və Qanlını tutub, ordan da Zağalını avtomatla vurub. Başqa cür bu mümkün deyil”.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi erməni tərəfinin atəşkəsi pozmaqla bağlı açıqlamasını təkzib edərək, bunu növbəti dezinformasiya və təxribat adlandırıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button