ManşetSiyasət

Ermənistan Azərbaycanla sərhəddə NATO qoşunlarını gətirmək istəyir

Politoloq, Yaxın Şərq və Qafqaz ölkələrinin problemləri üzrə ekspert Stanislav Tarasov əmindir ki, NATO sülhməramlılarının Ermənistan-Azərbaycan sərhədində görünməsi qeyri-mümkündür. JAMAZ.İNFO xəbər verir ki, erus ekspert bunu Lenta.ru saytına verdiyi müsahibədə bildirib.

Tarasov vurğulayır ki, yalnız Paşinyanın istəyi və qərarı [Qərb sülhməramlılarını regiona gətirmək] kifayət deyil. “Sülhməramlılar demarkasiya xəttində dayanmalıdırlar. Bu, hər iki tərəflı razılaşdırılmalıdır. Azərbaycan Qərb sülhməramlılarının sərhəddə gəlməsinə icazə verməyəcək”.

Ekspert qeyd edib ki, Paşinyan Qarabağ məsələsinə Qərb tərəfdaşlarını cəlb edə bilər. “Ancaq yalnız ermənilər tərəfindən yeni qoşunlar sərhəddə gətiriləcəksə, onlar sülhməramlılar olmayacaq. Nəzamlanma məsələlərinin ATƏT-in Minsk qrupu formatına keçirilməsinə cəhdlər edilir və bu formatda yeni sülhməramlıların meydana çıxmasını gözləmək olar. Amma bu bütöv bir prosesdir. Hələlik üfüqdə heç nə yoxdur. Əgər NATO sülhməramlılarından danışırıqsa, o zaman yaxın gələcəkdə mümkün deyil. Azərbaycan buna razı olmayacaq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button