DünyaManşet

Ermənilərin uğursuz “dəbliqə əməliyyatı”: Orta Asiya ölkəsində erməni iş adamları niyə saxlanılıb?  

44 günlük müharibə zamanı ermənilərin Orta Asiya ölkələrindən birindən Ermənistana zirehli dəbliqə göndərmək cəhdləri ilə bağlı maraqlı detallar üzə çıxıb. JAMAZ.İNFO xəbər verir ki, müharibənin gedişi zamanı Ermənistan Müdafiə Nazirliyi onlara 2000 ədədə zirehli dəbliqənin lazım olduğunu bildirib.

Bununla bağlı, dərhal diaspor nümayəndələrinə xəbər ötürülüb. Orta Asiya ölkələrindən birində (həmin ölkə KTMT üzvüdür) erməni sahibkarlar dərhal hərəkətə başlayıb, həmin 2000 ədəd dəmir dəbliqəni tapırlar və alırlar. Erməni iş adamları həmin dəbliqələri anbara yığaraq, onu ölkədən çıxarmaq üçün “fəhlə papağı” kimi sənədləşdiriblər. Hətta bütün sənədlər hazırlanıb və yol xərci də ödənilib. Lakin qısa müddətdən sonra sözügedən ölkənin Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları anbarı taparaq, oradakı dəbliqələri müsadirə edib, erməni iş adamlarını isə saxlayıblar. Bir gün sonra uzun çək-çeviordən sonra erməni iş adamları sərbəst buraxılır, lakin onlardan ölkəni tərk etmələri təıləb olunur.

Qeyd edək ki, Ermənistan mediası həmin ölkənin adını açıqlamır. Bilinən odur ki, sözügedən ölkə Orta Asiya respublikalarından biridir və KTMT üzvüdür. Eyni zamanda, həmin ölkə ilə Ermənistan arasında münasibətlər də kifayət qədər yaxşıdır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button