GündəmManşet

Ermənilərin təxribatları davam edir: Qarabağda gərginlik yaradırlar  

Hal hazırda rus sülhməramlılarının müvəqqəti olaraq nəzarəti altında olan Qarabağda mənzillənmiş separatçılar sakit durmaq fikrində deyillər. JAMAZ.İNFO xəbər verir ki, son bir neçə gündə düşmən Azərbaycan Ordusunun mövqelərini bir neçə istiqamətdə atəşə tutub.

Onu da bildirək ki, separatçılar indiyə qədər cəsarət edib gözlərinin ucu ilə də baxa bilmədikləri Şuşa şəhəri istiqamətində də təxribata əl atıblar.

Hazırda isə Ağdam, Füzuli və Xocavənd istiqamətlərində ermənilərin təxribatlara əl atdıqlarına dair məlumatlar yayılıb. Belə ki, Qarabağdakı qanunsuz erməni silahlı dəstələri bu gün saat 11:30-11:55 radələrində Qırmızı Bazar qəsəbəsi, Tağavard və Canyataq kəndləri istiqamətində Azərbaycan Ordusunun mövqelərinə atəş açıblar. Azərbaycan hərbçilərinin adekvat tədbirləri nəticəsində düşmən tərəf susdurulub.

Qeyd edək ki, erməni tərəfi bu hadisəni tamamilə özünküləşdirərək, günahı Azərbaycan tərəfinin üstünə atmağa çalışır. Və bu artıq ənənəvi hal alıb. Belə ki, “Jamanak” qəzetinin yaydığı xəbərə görə, guya, Azərbaycan Ordusu bu gün günorta saatlarında ermənilərin yaşayış məntəqələrini atəşə tutub. Hətta özlərini məzlum göstərmək üçün guya, atəş nəticəsində ermənilərin traktorlarına zərər dəyib və onları kənd təsərrüfatı işləri ilə məşğul olmağa imkan vermədiklərini deyiblər. Üstəlik, qabaqdangəlmişlik edərək, ruslara da məlumat veriblər. Azərbaycan Müdafiə Nazirliyi isə bu məlumatı təkzib edib. Bildirib ki, atəşkəsi pozan elə ermənilərin özüdür.

Nəzərinizə çatdıraq ki, son günlər Ermənistandan Qarabağa hərbi texniakalar da daxil olmaqla, silah-sursat daşınır. Artıq rəsmi Bakı həm Müdafiə Nazirliyi, həm XİN, həm də DTX səviyyəsində bu məlumatı təsdiqləyərək, bölgədəki rus hərbçilərindən tədbir görmələrini tələb edib. Lakin rus sülhməramlıları bu tələblərə əhəmiyyət verməyərək, ermənilərin silah daşımasına maneçilik törətmir.

Hadisələrin indiki inkişaf tempi, ermənilərin artan təxribatları Azərbaycanın Qarabağda antiterror əməliyyatları həyata keçirməsi üçün qanuni əsaslar yaradır. Belə ki, rəsmi Bakı ərazisində qanunsuz silahlı dəstələrin ləğv edilməsi üçün silahdan istifadə etmək hüququna sahibdir. Və gedişat onu göstərir ki, proses artıq yetişib və yaxın zamanlarda antiterror əməliyyatlarının başlanması qaçılmaza çevrilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button