AraşdırmaManşet

Ermənilərin həyasızlığı, Borrelin “arzusu”, Paşinyanın “blefi”: Laçın SBM-dən yüklər buraxılmayacaq

Ermənistanın Laçın Sərhəd Nəzarət Məntəqəsində təxribat törətmək, habelə sərhəddin bağlanması ətrafında Azərbaycan əleyhinə təbliğat aparmaq üçün oyunlarına davam edir. JAMAZ.İNFO xəbər verir ki, bir neçə gündür Laçın SBM-in qarşısında onlarla yük maşınını yerləşdirən erməni tərəfi, həmin yüklərin Qarabağa çatdırılmasını istəyir.

Qeyd edək ki, Azərbaycan tərəfi hələ bir neçə gün əvvəl bildirmişdi ki, erməni tərəfi təxribat hazırlayır. Bununla bağlı İrəvana xəbərdarlıq edən rəsmi Bakı, təxribat olarsa adekvat addım atacağını bildirmişdi.

Bundan başqa, Prezidentin beynəlxalq məsələlər üzrə müşaviri Hikmət Hacıyev ötən gün mətbuata verdiyi açıqlamasında oyunun bitdiyini bəyan edib. O qeyd edib ki, ermənilər Ağdam-Xankəndi yolundan istifadə etməlid və Azərbaycana inteqrasiyaya başlamalıdırlar.

Lakin Ermənistan tərəfi sakit dayanmaq, bu xəbərdarlıqdan nəticə çıxarmaq fikrində deyil. Dünən bu ölkənin baş naziri Nikol Paşinyan özünün Twitter mikrobloqunda yazıb ki, onlar Qarabağda baş verənlərə göz yummayacaqlar: “Biz Dağlıq Qarabağ ermənilərinin üzləşdiyi vəziyyətə göz yuma bilmərik. Dağlıq Qarabağa göndərilən 360 ton həyati əhəmiyyət daşıyan yük sırf humanitar məqsədlər üçündür”.

Bu gün isə Ermənistan Xİn başçısının müavini Vaqan Kostanyan deyib ki, hazırda yüklər Laçın keçid məntəqəsinin qarşısında gözləyir.

Avropa Birliyinin xarici əlaqələr və təhlüksəzilik siyasəti üzrə rəhbəri Jozef Borrel bu gün açıqlamasında deyib ki, baş verənlərdən ciddi narahatdırlar. O, Laçın dəhlizinin açılmasını və Ermənistandan göndərilən yüklərin Qarabağa çatdırılmasını istəyib.

Borrel “Ağdam-Xankəndi yolunun Laçın dəhlizinin açılmasına alternativ ola bilməz” fikrini də dilə gətirib.

Bildirək ki, Azərbaycan haqlı olaraq Ermənistandan Qarabağa növündən asılı olmayaraq, yükıri buraxmır. Əvvəla Qarabağ Azərbaycan ərazisidir, onların ərzaq təminatını da Bakı həyata keçirməlidir. İkincisi, Ermənistanın atdığı addım Azərbaycanın daxili işlərinə qarışmaqdır və bu müharibəyə belə səbəb ola bilər.

Üçüncüsü, Azərbaycan Qarabağı blokadada saxlamır. Blokada o zaman olardı ki, rəsmi Bakı Xankəndiyə ərzaq və dərman göğndərilməsi, habelə digər məsələlərlə bağlı alternativ təklif etməsəydi. Yəni, faktiki olaraq Azərbaycan Ağdam-Xankəndi yolunu təklif edib və birmənalı olaraq bəyan edib ki, başqa heç bir alternativ qəbul etmir və etməyəcək.

Bütün bunların fonunda Ermənistan tərəfinin həyasızlığı nə qəbul ediləndir, nə də başa düşülən. Əgər erməni tərəfi həyasızlığa davam edərsə, Azərbaycan haqlı olaraq zəruri tədbirlər görməlidir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button