ManşetSiyasət

Ermənilərin 120 min nəfər yalanı ifşa olundu: Qarabağdan köçənlərin real sayı açıqlandı

2024-cü il yanvarın 1-nə Ermənistanda daimi əhalinin sayı 2,99 milyon nəfər olub ki, bu da 2023-cü il yanvarın 1-nə olan göstəricidən 53 min nəfər çoxdur. JAMAZ.İNFO xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti məlumat yayıb.

Qəzet bildirib ki, bu artıma Qarabağdan köçmüş ermənilər də daxildirlər.

O da bildirilir ki, dövlət proqramına əsasən Ermənistanın əhalisi 2050-ci ildə 5 milyon nəfər olmalıdır.

Əslində ermənilər bu rəsmi statristika ilə özlərini ifşa etmiş olublar. Belə ki, onlar Qarabağdan 120 min erməninin köçdüyünü iddia edirdilər. Bildirirdilər ki, guya, Xankəndini tərk edən 120 min ermənini yerləşdirmək üçün plana malikdirlər.

Amma bu rəqəmdə göstərir ki, 2023-cü ildən 2024-cü ilə qədər Qarabağdan köçən ermənilər də daxil olmaqla Ermənistanın əhalisi cəmi 53 min nəfər artıb. Bu məntiqlə çıxış etsək, Ermənistanda doğum sayını bu rəqəmin 50 faizi götürsək belə, yenə də Qarabağdan köçənlərin sayı 120 min yox, cəmi 25 min həddində olacaq. Bu isə Ermənistanı nəinki öz yalanlarını ifşa etməsi, həm də say artırmaqla xarici donor təşkilatları, habelə beynəlxalq qurumlarını necə aldatdığını üzə çıxarır.

Qeyd edək ki, rəsmi Bakı hələ 2023-cü ildə bəyan edirdi ki, Qarabağda ən yaxşı halda 20-25 min erməni yaşayır. Bu rəqəmin dəqiqliyini isə bu gün erməni tərəfi də özünün rəsmi açıqlaması ilə təsdiləmiş oldu.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button