ManşetÖlkə içi

Ermənilər yeni “sövdaya” düşüblər: Partizan hərəkatı yaratmaq istəyirlər

Artıq hər şeyin əllərindən çıxdığı, illərdir özlərindən uydurduqları mif yox olur. Bundan sonra nə edəcəklərini düşünmək yerinə, yenidən fitnəyə əl ataraq, yenidən qan tökməyi planlaşdırırlar. JAMAZ.İNFO xəbər verir ki, bütün bunlar ermənilərin düşündükləri və əməllərinin yekunudur.

Artıq bəzi ermənilər, xüsusən də siyasi səhnədə olanlar təklif edirlər ki, təkcə, Xankəndi və ətrafında deyil, həmçinin işğaldan azad edilmiş rayonlarımızın ərazilərində də partizan hərəkatı yaradılmalıdır. Bəziləri bir qədər də uzağa gedərək, bu hərəkatın miqyasını Gəncə və Qarabağətrafı rayonlara qədər genişləndirmək təklifini dilinə gətirib. Bu sarsaqlar hesab edirlər ki, bununla azərbaycanlıların həmin ərazilərdə yaşamasını məhdudlaşdıra bilərlər.

Qeyd edək ki, xəstə erməni cəmiyyəti bu təklifləri qismən də olsa dəstəkləyir. Onlar düşünürlər ki, bunu asanlıqla edə biləcəklər. Amma 44 günlük müharibədən ibrət almadıqlarındandır ki, cəhdlərinin hansı fəlakətlərə düçar olacağını görmürlər. Anlamırlar ki, onların yaratmaq istədikləri “partizan hərəkatı”nı məhv etmək üçün Azərbaycan Ordusuna ehtiyac yoxdur. Kiçik bir elit qrupumuz bunu önləmək gücündədir.

Erməni ictimai-siyasi fəal Karen Vrtanesyan isə deyir ki, işğaldan azad edilmiş ərazilərdə partizan hərəkatı başlatmaq boşboğazlıqdan başqa bir şey deyil. Onun sözlərinə görə, belə bir hərəkatın yaradılması üçün logistikaya ehtiyac var. “Partizanlar ancaq əhaliyə mehriban, daimi təchizat olan ərazidə fəaliyyət göstərə bilərlər. Əhali yoxdursa, daimi təminat yoxdursa, partizanları unudun”.

Vrtanesyan deyir ki, bu o zaman mümkündür ki, həmin prosesə Ermənistan dövləti birbaşa dəstək versin.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button