GündəmManşet

Ermənilər yenə müharibə istəyirlər: Bu dəfə Qarabağdakı “ordu”nu hazırlamaqla  

Ermənistandakı bəzi qüvvələr daha bir müharibə istəyir. Əslində, belə bir yanaşma ortaya qoymaları qeyri-adi məsələ deyil. Çünki 44 günlük müharibədə aldıqları ağır məğlubiyyət acısını çıxarmaq üçün cəhd edirlər. İndiyə qədər xəyallarla, boş və mənasız iddialarla yaşayan erməni cəmiyyəti elə hesab edir ki, onlar “məğlubedilməz”dirlər. Və son müharibənin nəticələri ilə bağlı günahı da gah Nikol Paşinyanın, gah da Rusiyanın üzərinə atırlar. Bu da azmış kimi, guya, müharibədə Azərbaycan deyil, Türkiyə ordusunun döyüşdüyünə dair sərsəm bir iddiadan da əl çəkmirlər.

JAMAZ.İNFO bildirir ki, hələ bir müddət əvvəl Qarabağdakı erməni seperatçılarının nümayəndəsi olan Samvel Babayan da o iddia ilə çıxış etmişdi ki, guya, Azərbaycanın müharibə etmək gücü yoxdur. Lakin görünən odur ki, revanşistlər sakit durmaq fikrində deyillər. Onlar cəmiyyəti yenə qızışdıraraq, özləri kənarda dayanıb, bədbəxt erməniləri qırğına vermək fikrindədirlər.

Belə ki, Ermənistan parlamentinin üzvü, “Haystan” blokunun deputatı, Qarabağdakı erməni separatçıların nümayəndəsi Tiqran Abramyan da elə Samvel Babayana tay açıqlama verib. Sadəcə, Babayandan fərqli olaraq, Abramyan müharibəyə Ermənistanın deyil, Qarabağdakı separatçıların başlamasını təklif edib.

O deyib ki, Qarabağdakı qondarma “müdafiə ordusu”nin ciddi bərpa və islahatlar problemi var. Abramyanın sözlərinə görə, vəziyyətdən çıxmaq üçün yollar çoxdur. “Lakin müharibədən sonrakı dövrdə “müdafiə ordusu”nda edilən dəyişikliklər Ermənistandakı vəziyyətimizdən bir neçə addım öndədir”.

Abramyan təkidlə iddia edib ki, Qarabağdakı qondarma “ordu”da dəyişiklik edə biləcək adamlar var. “Təkidlə deyirəm ki, bu gün “ordu”da həlledici dəyişiklik edəcək və istənilən çətin prosesə rəğmən, onu irəli apara biləcək zabit və generallarımız, habelə ehtiyatda olan əsgərlərimiz var. Lakin indikilərin davranışları və diletantlığı ilə yanaşı, iradələri də yoxdur. Ermənistan səlahiyyətlilərinin səriştəsizliyi də o həddədir ki, onların sayəsində bu islahatlar, yəni təhlükəsizliyin bərpası prosesi ya yerində sayacaq, ya da lazımi nəticəni verməyəcək”.

Qeyd edək ki, Tiqran Abramyanın ağlı bir qarış havadadır. O elə zənn edir ki, hansısa “ordu” qurub, sonra da Azərbaycanla müharibə etsələr, “qalib” olacaqlar. 30 ilə qurduqları bütün ordunu 44 günə darmadağın edən Azərbaycan Ordusu, bir daha belə cəhdlə rastalaşarsa, o zaman Ermənistanda barmaqla sayılacaq qədər kişi qalacaq.   

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button