ManşetMedia

Ermənilər Xankəndidən Rusiyaya axışır: 25 dollarlıq taksilər

Qarabağda 44 günlük müharibədən sonra rus sülhməramlılarının nəzarəti altında Xankəndinə qayıdan ermənilər bir müddət qaldıqdan sonra, oranı tərk etməyə başlayıblar. JAMAZ.İNFO xəbər verir ki, bu barədə “Puls” saytı məlumat yayıb.

Xankənd şəhərindən reportaj hazırlayan “Puls”un əməkdaşı yazır ki, hazırda ermənilər əsasən Rusiyaya axışırlar. Ermənilərin Qarabağda yaşamağın artıq mümkün olmadığın, elə ilk imkandaca şəhəri tərk etməyə hazır olduqlarını deyirlər.

Saytın əməkdaşı yazır ki, Xankəndi ermənilərinin ilk üz tutduqları Rusiya şəhəri Pyatiqorskidir. Xankənddən Pyatiqorsk şəhərinə 750 km olduğunu bildirən jurnalist qeyd edir ki, hazırda şəhərdə Pyatiqorskiyə gedən taksilər fəaliyyət göstərir. “Siz Xankənd avtovağzalında üzərində “Xankəndi-Pyatiqorsk” sözləri yazılmış müxtəlif markalı taksilər görə bilərsiz. Onlar arzu edənləri bir gün içində ünvana çatdıra bilirlər. Və bunun üçün adambaşına 25 dollar yol haqqı istəyirlər”.

“Puls”un əməkdaşı qeyd edir ki, hazırda Xankənddən Pyatiqorskiyə getmək istəyən şəxs bir maşın üçün 100 dollar ödəməlidir. “Adambaşına 25 dollar alan taksi sürücüsü yollarda 1 gün vaxt itirməli olur. Onun bir reys üçün əldə etdiyi məbləğ 100 dollardır. Lakin həmin sürücü Pyatiqorskda bir gecə qalmalıdır. Amma sürücü aldığı pulla şəhərdə ən ucuz hosteldə belə qala bilməz. Ona görə də, gecəni maşında keçirməli olur”.

Xankəndidəki taksi sürücüləri deyir ki, onların əsas qazanc yeri Rusiyaya sərnişin daşımaqdır. Hər gün onlarla ailənin şəhəri tərk etdiyini deyən sürücülər bildirir ki, heç kim Xankənddə qalmaq istəmir. “Hər gün onlarla ailə şəhəri tərk edib, Rusiyaya gedir. Heç kim Xankəndidə qalmaq istəmir. İnsanlar bundan sonra Qarabağda yaşamağın mümkün olmadığını düşünürlər. Üstəlik, işsizlik, soyuq qış günləri, çətinliklərin sayı hesabı yoxdur. Əlinə pul düşən hər ailə Rusiyaya gedir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button