ManşetSosial

Ermənilər Xankəndidə necə yaşayırlar? – REPORTAJ- FOTOLAR

Rusiyanın “Azad Mətbuat” qəzetinin əməkdaşı bu günlərdə Xankəndidə səfərdə olub. Aleksey Kiselyov Qarabağda yaşayan ermənilərin durumunu əks etdirən maraqlı reportaj hazırlayıb. JAMAZ.İNFO həmin reportajı ixtisarlarla təqdim edir:

“Xankəndinin mərkəzi avtovağzalı mikroavtobuslarla doludur. Andronik onlardan birinin sürücüsüdür. Xankəndidən davamlı olaraq kənar şəhərlərə və Ermənistanda mikroavtobuslar çıxır. Lakin şəhər sakinləri deyirlər ki, müharibədən sonra belə marşrutların sayı xeyli azalıb.

Andronik: Mənim bəxtim gətirib. Davamlı olaraq İrəvana gedirəm. Bu mçarşrut həm stabildir, həm də gəlirlidir.

Jurnalist: Əminsən ki, bu iş daimidir??

Andronik: “Sən Gorus-Xankəndi yolunu görmüsənmi? Həmin yol yalnız bizi Xankəndinə gətirir. Demək olar ki, yol yeni təmir olunub, təzə asfalt vurulub.

Jurnalist: Sərnişinlər həmişə çox olur?

Andronik: Həmişə. Sənin bəxtin gətirdi ki, boş yer tapıb, otura bildin. Sərnişin gəlmədiyi üçün yer tapa bildin. Yoxsa, uzun-uzun gözləməli olacaqdın. Geri gedəcəksənsə, belə eləmə. Get avtovağzala, özünə bilet al. Bir il əvvəl çox adam getdi. İndi ora-bura səfərlər edirlər. Biz daşıyırıq. Səhər tezdən, günün sonuna kimi. Gecə yola çıxmırıq. Çünki yol 6 saatımızı alır.

Jurnalist: Laçın Dəhlizi təhlükəlidirmi?

Andronik: Bilmirəm, təhlükəlidirmi? Biz adət eləmişik. Düzdür, yol darısqaldır. Yalnız 5 km-lik hissəsi genişdir. Daha sonra isə Azərbaycan əsgərləri dayanıb. Amma orda postlar çoxdur. Sülhməramlılar hər yerdədirlər. Dinc sakinlərə toxunmçağa qoymurlar.

Xankəndidə ilk təəssürat şəhərin müharibədən yeni çıxdığını deməyə əsas vermir. Böyük və canlı şəhərdir. Küçələrdə çoxlu maşın və insanlar var. İctimai nəqliyyat işləyir. Mağazalar, barlar, kafelər, bərbərxanalar, hətta muzey və mədəniyyət mərkəzləri də açıqdır. Məktəblər və uşaq bağçaları da işləyir. Gecələr sakinlər meydançada qaçışlar təşkil edirlər, qocalarsa nərd oynayır.

Müharibəyə qədər Xankəndidə 50 min insanın yaşadığını deyirlər. Amma indi bu rəqəm ən yaxşı halda 10 min nəfərdən bir qədər çoxdur. Şəhərdə yerli sakin görmək çətindir. Çoxusu müharibə zamanı ətraf rayonlardan qaçmış şəxslərdir. Onların bəziləri qohumlarının evində yerləşiblər. Qalanları isə ya mehmanxanalarda, ya da bələdiyyə binalarında məskunlaşıblar.

Onlardan biri də Xankəndi Qocalar Evidir. İndi orada təkcə qocalar yaşamır. Həm də ailələr yerləşiblər. Həmin otaqlardan birinə Elvira və onun əri Rafiq yerləşib. Otaq elə də böyük deyil. Bir otaqdır və oraya iki çarpayı yerləşdirilib.

Elvira Bakıda doğulub. 1988-ci ildə şəhəri tərk etməli olub. O deyir: “Bizim iki yolumuz var idi. Ya Rusiyaya getməli, ya da Ermənistana köçməliydik. Mən birinci ərimlə Ermənistana daşındım. İrəvanda yaşayırdıq. Sonra isə Qarabağa gəldik. Ərimin Hadrutda bacısı yaşayırdı. Orada 27 il yaşadıq. Birinci ərim bədbəxt hadisə nəticəsində öldü. Bir müddət sonra Rafiqə ərə getdim”.

Elvira və Rafiq Hadrutda özlərinə ev tikiblər. 3 uşaq da doğub. Təsərrüfat qurublar. Onların inəkləri, donuzları və eşşəkləri olub. Ötən ilin sentyabrında hər şey atıb, qaçmalı olublar. “Gecə atışma başladı. İkinci dəfə qaçmaq məcburiyyətində qaldım. Oturduq maşına və Hadrutu tərk elədik. Yalnız sənədlərimi və əl çantamı götürdüm”.

O deyir ki, əvvəlcə Xankəndinə gəlməyiblər. İrəvana köçüblər. Orada isə iş tapa bilməyiblər. “Qarabağa gəldik. Burda da iş yoxdur. Bir neçə aydır burada yaşayırıq. Gündə bizə 3 dəfə yemək verirlər. 25 min dram da (50 dollar) yardım verirlər. Biz Qafanda olanda yardım burdakından 3 dəfə çox idi. 4 ay həmin pulu aldıq”.

Elvira bildirir ki, onlar üçün ev tiklildiyini deyirlər. “Lakin nə zaman tikəcəklər, məlum deyil. Mən çox istəyirəm ki, tez bir zamanda buradan çıxım. Burada yaşamaq çətindir. Bir otaqdır. Özünü həbsxanadakı kimi hiss edirsən. Düzdür, bizim bəxtimiz çəkib ki, belə bir yer tapmışıq. İnsanlar var ki, onlar qəzalı binalarda yaşayırlar”.

Xankəndinin mərkəzində “Azadlıq uğrunda döyüşən əsgər” adında. Orada böyük bir stend quraşdırılıb. Üzərində isə müharibədə ölən əsgərlərin şəkilləri yapışdırılıb. Təxminən 1000-dən bir qədər çox şəkil olar. Bundan başqa, Qarabağ məsələsi başlayan dövrdən indiyədək hadisələrin əks olunduğu fotolar da var.  Rəsmi məlumata görə, sonuncu Qarabağ müharibəsində Ermənistan və Qarabağ 10 minə yaxın əsgər itiriblər.

67 yaşlı Boris adlı erməni deyir ki, o, Birinci Qarabağ savaşında iştirak edib. İkinci Qarabağ müharibəsinə isə onu aparmayıblar. O hər gün parka gəlib, ölən əsgərlər üçün şam yandırır və dua edir. “Xankəndini demək olar ki, bombalamadılar. Ara-sıra nəsə üzərindən uçurdu. Lakin bizi bununla qorxuda bilməzlər. Hətta müharibənin ən qızğın vaxtı ermənilər Xankkəndini tərk etmədilər. Biz burada yaşamaq istəyirik. Heç hara getmək fikrimiz də yoxdur”.

Parkda iki qadın, yanlarında da balaca bir uşaq var. Həmin qadınlardan biri uşağa deyir ki, “atana salam ver”. Onlardan biri Roza, digəri isə Mariannadır. Hər ikisi müharibəyə qədər Şuşada yaşayıblar. 24 yaşlı Rozanın əri Roma Şuşa döyüşlərində ölüb. Marianna deyir: “Biz Şuşada yaşayırdıq. Mən kollecdə oxumuşdum və mağazada işləyirdim. Şuşa əldən gedəndən sonra bizi Xankəndinə gətirdilər. Roma orada döyüşlərdə öldü. Roz da iki uşağı ilə dul qaldı. İndi siə burada universitetdə oxuyuram. Amma iş tapa bilmirəm”.  

O bildirir ki, Xankəndidə verilən yardımların hesabına yaşayırlar. “Əvvəlcə Qırmızı Xaç Komitəsi bizə 3 aylıq ərzaqla təmin etdi. Sonra isə bu yardım dayandı. İndi dolanmaq çox çətindir. Getməyə də yerimiz yoxdur”.

Ruzanna adlı qadına yaxınlaşıb, onunla həmsöhbət olmaq istəyirəm. Mənə tərs-tərs baxır. Sonra isə deyir: “Sən cəsussan?” Təəccüblənirəm. Jurnalist vəsiqəmi göstərirəm. Bundan sonra sakitləşir. “Siz Azərbaycanda olmusuz? Bakıdan bizə zəng edirlər. Soruşurlar ki, müharibədən sonra necə yaşayırıq. Mənə zəng etməyiblər. Amma rəfiqəmlə danışıblar. Onlar haradan zəng edirlər? Bəlkə Azərbaycandan”.

Ona sual verirəm ki, axı, Azərbaycanlılar onlara niyə zəng edirlər. Cavabında deyir: “Bilmirəm. Bəlkə qorxutmaq istəyirlər? Onsuz da hər partlayış səsinə diksinirik. Bu isə artıq atəş deyil. Azərbaycan əraziləri minalayır. Sabah nə olacağını da bilmirəm. Bizə isə onsuz da qorxuludur. Getmək istəmirəm. Burada işim, evim var. İndi hər şeyi atım gedim? Biz yenə cavanıq. Enerjimiz var. Bəs, bu yaşlılar neyləsin? Gənclərin gələcəyi necə olacaq?”

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button