ManşetÖlkə içi

Ermənilər Tovuzu yenidən atəşə tutub

Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 18-si saat 14:10-dan etibarən Şəmşəddin rayonunun Çinarlı kəndi istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Koxanəbi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan növbəti dəfə atıcı silahlardan intensiv atəşə tutublar. JAMAZ.İNFO xəbər verir ki, bu məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.

Nazirlikdən bildirilib ki, cavab atəşi ilə qarşı tərəf susdurulub. “Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur”.

Xatırladaq ki, erməni tərəfi bu gecə də Tovuz rayonunu atəşə tutub. Bu gün boyu düşmənin ikinci cəhdidir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button