AraşdırmaManşet

Ermənilər Qarabağı niyə tərk etmirlər? – İLGİNC DETAL

44 günlük müharibədən sonra Qarabağda yaşayan ermənilər hər nə qədər özlərinə təskinlik versələr də, Azərbaycanın tərkibindən kənarda yaşamaq xülyalarının boş bir şey olduğunun fərqindədirlər. JAMAZ.İNFO xəbər verir ki, müharibədən sonra rus sülhməramlılarının müvəqqəti nəzarətialtında olan ərazilərimizdə yaşayan ermənilərin bir qismi oranı tərk edib.

Rusların dəstəyi ilə onların bir qismi geri qaytarılsa da, bu say 25-30 min nəfəri keçmir. Çoxları isə Qarabağı birdəfəlik tərk edərək, ya Avropa ölkələrinə, ya da Rusiyaya üz tutublar. Cüzi bir hissəsi isə Ermənistanda məskunlaşıblar.

Qarabağda yaşayan ermənilərin güzaranları da bərbaddır. Bunu özləri də etiraf edirlər. Humanitaryardıma möhtac vəziyyətdə qalan bu qədər erməninin normal yaşaması üçün şərait də yoxdur. İşsizlik, səfalət, lazımi dəstəyin olmaması səbəbindən bir çoxları ərazini tərk etsə də, bir qismi hələ də ümidlə yaşayır. Elə zənn etməyin ki, bu “ümid” Qarabağın “müstəqil” olacağı ilə bağlıdır. Əksinə, onların ümid etdikləri şey başqadır.

JAMAZ.İNFO xəbər verir ki, Qarabağda yaşayan ermənilərin, xüsusən də mənzili olanların böyük əksəriyyətinin ümidi Azərbaycanadır. Çoxlarına bu qəribə görünə bilər. Çünki ermənilərin Azərbaycana ümid etməsi bir qədər absurd görsənir. Lakin ermənilərin bu ümidində də ənənəvi olaraq bir biclik var.

Məlumatlara görə, bütün çətinlik və sıxıntılara rəğmən, ermənilərin Xankəndi və digər şəhərlərimizi tərk etməməsinin başlıca səbəbi öz mənzillərini baha qiymətə satmaqdır. Belə ki, ermənilər gec-tez Azərbaycanın Xankəndi, Xocalı, Xocavənd və Ağdərəyə sahib olacağını yaxşı anlayırlar. Bu sahiblənmək prosesindən isə mənfəətli çıxmağa çalışırlar.

Həmin məlumatlara görə, hazırda Qarabağda evlər elə də baha deyil. Ən bahalı şəhr olaraq tanınan Xankəndidə belə mənzillərin qiyməti 10 min dollardan başlayır. Ən bahalı mənzil isə 30 min dollardan yuxarı deyil. İndi isə ermənilərin hədəflədikləri odur ki, Azərbaycanın tərkibinə keçdikdən sonra evlərini baha qiymətə sata biləcəkləridir. Onlar hesab edirlər ki, Azərbaycanlılar Xankəndi və digər şəhərlərimizdə mənzil almaq üçün böyük pullar xərcləyəcəklər. Bu ümidi onlarda yaradan bir başqa hadisə isə Zabux qəsəbəsindəki evlərin Azərbaycan tərəfindən baha qiymətə alınmasıdır. Ona görə də, mənzillərin qiymətinin qalxacağı, normal məbləğə alqı-satqı edəcəklərinə böyük ümid bəsləyirlər. Hədəfləri isə mənzillərini baha qiymətə satdıqdan sonra əllərindəki normal pulla Rusiya və ya Avropa ölkələrinə daşınmaqdır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button