ManşetÖlkə içi

Ermənilər Qarabağda yeni təxribatlar hazırlayır  

Qarabağda 44 gün ərzində darmadağın edilən Ermənistan Rusiyadan aldığı dəstəkdən sonra yenidən fəallaşmağa başlayıb. JAMAZ.İNFO xəbər verir ki, artıq Şuşa və Hhadrut istiqamətlərindən bir sıra təxribatlara əl atan ermənilər, 4 əsgərimizin şəhid olmasına və 3 əsgərimizin isə yaralanmasına səbəbkar olublar.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi və DTX həmin ərazilərdə antiterror əməliyyatı həyata keçiriblər. Son məlumatlara görə, həmin əməliyyatlar zamanı 10-dan çox erməni əsgəri öldürülüb. Dünən isə 160 erməni terrorçusu əsir götürülüb.

Amma düşmənin təkcə Qarabağda deyil, onun ətrafında da təxribatlara əl atdığı artıq sir deyil. JAMAZ.İNFO xəbər verir ki, iki gün öncə düşmən Zəngilan istiqamətində postlarımıza hücum etsələr də, onların bir qismi məhv edilib, ikisi isə əsir götürülüb.

Ermənistan Müdafiə Nazirliyi hadisələrdən xəbəri olmadığını, hətta postlarımıza hücum edənlərin onlarla bağlantılı olmadığını iddia edir. Halbuki həmin ermənilər məhz Ermənistan MN-in müəyyən etdiyi hərbi formanı geyinirlər.

Amma bunların fonunda başqa bir məsələ də diqqəti çəkməyə başlayıb. Belə ki, erməni mediası mütəmadi olaraq Qarabağda hərbi əməliyyatların yenidən başlayacağını iddia edir və bunun məsuliyyətinin Azərbaycanın üzərində qalacağını bildirir. Hətta “Sputnik Armenia” ötən gün skandal bir xəbərə də imza atıb. “Qarabağda təxribatlar davam edəcək. Türkiyə Rusiyanın təsir imkanlarını tamamilə sıradan çıxarmaq üçün addımlar atmağa başlayıb. Türkiyə və Azərbaycan rus sülhməramlılarının işlərini çətinləşdirmək üçün hər çür təxribata əl atacaq”.

Aydın məsələdir ki, ermənilərin indidən haray-həşir salmaları məqsədlidir. Əvvəla, əvvəlki dönəmlərdən də məlumdur ki, düşmən hər dəfə təxribat edərək, onu Azərbaycanın üzərinə atıb. Son günlər Qarabağda baş verən hadisələr də təsdiq edir ki, ermənilər dayanmaq fikrində deyil və onlar təxribatlarına davam edəcəklər. Aparılan təbliğat da ona görədir ki, bəri başdan, “günahkar” qismində Azərbaycan və Türkiyəni göstərə bilsinlər. Lakin ermənilər unudublar ki, daha əvvəlki dövr deyil və Azərbaycan belə təxribatların qarşısını almağa qadirdir. Üstəlik, bu dəfə ermənilər savaşa başlayarsa, güvəndikləri Rusiya da onları bizim əlimizdən ala bilməyəcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button