GündəmManşet

Ermənilər Qarabağa iki ədəd top keçiriblər?

Bir neçə gün əvvəl hökumətə yaxın “Caliber” saytı Laçın dəhlizi vasitəsi ilə Ermənistandan Qarabağa silah daşınması barədə məlumat yaymışdı. JAMAZ.İNFO xəbər verir ki, həmin məlumatda Rusiyanın Gümrüdəki hərbi bazasından Xankəndinə daşınan silahlar arasında əsasən avtomat silahlar, minalar vətank əleyhinə roketlər üstünlük təşkil edirdi.

Qeyd edək ki, bu məlumatın yayılmasından sonra erməni separatçılarının Qarabağda qismən fəallaşması müşahidə olunur. Artıq son bir həftə içində separatçılar Xocavənd istiqamətində Ordumuzun bölmələrini atəşə tutmaqdan çəkinmirlər. Bu gün isə Fərrux dağının ətəyində yerləşən Heyvalı kəndi istiqamətində analoji hadisə qeydə alınıb.

Aydın məsələdir ki, erməniləri belə cəsarətləndirən təkcə, əldə etdikləri yüngül silahlar ola bilməz. “Caliber”in təqdim etdiyi silahlarla ən yaxşı hallarda qismən küçə döyüşləri aparmaq mümkündür. Tank əleyhinə roketlərin sayı isə Azərbaycan Ordusuna uzun müddət müqavimət göstərmək üçün yetərli qədər deyil. Ancaq görünən odur ki, onların əlində başqa silahlar da var. Elə erməniləri nisbətən cəsarətləndirən ruslarla yanaşı, həm də həmin silahlardır.

JAMAZ.İNFO hərbi mənbələrə istinadən xəbər verir ki, bu günlərdə Laçın dəhlizi vasitəsi ilə Ermənistandan Qarabağa təkcə təqdim olunan silahlardan əlavə, həmçinin iki ədəd artilleriya qurğusu da keçirilib. Həmin məlumata əsasən ermənilər yeni nəsil topları sökərək, ehtiyat hissələri formasında Qarabağa keçiriblər. Həmin topun hansı model olması barədə isə hər hansı məlumat açıqlanmır.

Bildirək ki, Azərbaycan tərəfi hələlik bu məsələ ilə bağlı hər hansı rəsmi açıqlama yaymayıb. Yalnız öz nəzarətlərində olan media vasitəsi ilə bəzi məlumatları paylaşmaqla kifayətlənirlər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button