AraşdırmaManşet

Ermənilər postlarını boşaldıb, Xankəndinə çəkildilər

Dünən Azərbaycan Ordusu Laçın rayonu ərazisində geniş əməliyyat keçirərək, dəhliz boyu bir sıra yüksəklik və geniş sahəni nəzarətə götürüb.

JAMAZ.İNFO xəbər verir ki, Müdafiə Nazirliyi bununla bağlı açıqlamasında Ermənistanla sərhəddin daha bir hissəsinin bərpa olunduğunu təsdiqləyib. Nazirlik həmçinin Qarabağdakı separatçıların gizli yollarla silah daşıdığı yolları da bağladığını qeyd edib. Bildirilib ki, ordumuzun bu addımı yeni Laçın dəhlizinin istifadəyə verilməsi ilə bağlı olub. Məlum olub ki, ordumuzun uğurlu əməliyyatından sonra Laçın dəhlizi (5 km eni) ərazisində və ona bitişik yerlərdə yerləşmiş qanunsuz erməni silahlı birləşmələri postlarını tərk ediblər.

Jamaz.info-ya verilən məlumata görə, erməni quldur dəstələrinin bir qismi Sarıbaba dağı yaxınlığındakı kəndlərə, əsas hissəsi isə Xankəndinə çəkilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button