GündəmManşet

Ermənilər mövqelərimizi tank və minaatanlardan atəşə tutur

Xəbər verdiyimiz kimi, gecə saatlarından etibarən Ermənistan tərəfi Azərbaycan sərhəddində təxribat törədib. JAMAZ.İNFO xəbər verir ki, Kəlbəcr rayonu istiqamətində təxribata əl atan düşmən mövqelərimizi atəşə tutmaqla yanaşı, postlarımızı da ələ keçirməyə cəhd edib.

Lokal döyüşlər nəticəsində Azərbaycan Ordusunun iki hərbiçisi yaralanıb. Ermənistan tərəfinin isə itkiləri çoxdur. Bu ölkənin Müdafiə Nazirliyi bəyan edib ki, gecə saatlarından başlayan döyüşlərdə 3 əsgər itiriblər. İki əsgərləri isə yaralanıb. Bundan başqa, düşmənin daha 5 əsgərinin aqibətindən xəbər yoxdur. Sözügedən nazirlik bildirib ki, həmin 5 əsgərin qaibətinə aydınlıq gətirməyə çalışırlar.

Bu əsnada ldə etdiyimiz son məlumatlara görə, hazırda Kəlbəcər istiqamətində döyüşlər davam edir. Az öncə isə erməni və rus mediası təsdiqləyib ki, Ermənistan Müdafiə Nazirliyi Azərbaycanla sərhəddə tank və minatan batareya yerləşdirməyə başlayıb. Rəsmi Bakı da bir qədər əvvəl bəyan edib ki, Ermənistan tərəfi döyüş mövqelərinə tank, ağır döyüş texnikası və 120 mm-lik minaatalar yerləşdirməyə başlayıb.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi az öncə bəyanat yayaraq, Azərbaycan və Ermənistan tərəflərini döyüşləri dayandırmağa çağırıb. Azərbaycan Müdafiə Nazirliyi bu çağırışa cavab olaraq bildirib ki, Ermənistan-Azərbaycan dövlət sərhədində Bakı vaxtı ilə saat 10:00-dan etibarən atəşkəsin elan olunması ilə bağlı Rusiya tərəfinin təşəbbüsü qəbul edilib. Nazirlik bildirib ki, buna baxmayaraq, Ermənistan tərəfi əlavə olaraq tank və 120-millimetrlik minaatanlardan istifadə etməklə vəziyyəti gərginləşdirməkdə və mövqelərimizi atəşə tutmaqda davam edir.

Gedişatdan belə başa düşülür ki, Ermənistan mövcud vəziyyətlə barışmaq fikrində deyil. Onlar heç bir şəkildə Azərbaycanın danışıqlar və sülh şağırışlarına müsbət cavab vermək fikrində deyillər. Və revanş arzusu ilə yaşayaraq, daha çox qan tökməkdə maraqlıdırlar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button