ManşetÖlkə içi

Ermənilər isterikada: Laçın dəhlizinin bağlanması şoka salıb

Xəbər verildiyi kimi, bu gün bir qrup Azərbaycanlı ekoloq öncədən planlaşdırılmış şəkildə Laçın dəhlizinə çıxaraq, Şuşa şəhəri yaxınlığında araşdırma aparıblar. JAMAZ.İNFO xəbər verir ki, ETSN bununla bağlı açıqlama yayaraq bildirib ki, Azərbaycan ərazilərində faydalı qazıntıların qanunsuz istismarı və bundan əmələ gələn ekoloji fəsadların araşdırılması və monitorinqi məqsədilə ölkəmizin aidiyyəti qurumlarının mütəxəssislərinin həmin ərazilərə göndərilib.

Lakin erməni tərəfi bu prosesdən ciddi narahat olmaqla yanaşı, həm də isterikaya düşüb. JAMAZ.İNFO xəbər verir ki, bir neçə saatdır erməni mediası və Ermənistanın ictimai-siyasi şəxsləri haray-həşir salmağa başlayıblar. Onların səsinə isə Qarabağdakı ermənilər də səs verməyə başlayıblar.

Qeyd edək ki, ermənilərin belə isterik vəziyyətə düşməsi və haray-həşir salmaları məqsədlidir. Onlar Azərbaycan ərazilərində qanunsuz şəkildə təbii sərvətlərin talanması faktını ört-basdır və baş verən hadisəni isə hərbi-siyasi olay kimi təqdim etməyə cəhd göstərirlər. Elə verilən açıqlamalardan da bunu aydın görmək mümkündür.

Qqarabağda özünü “deputat” elan etmiş Metaxe Akopyan bildirib ki, hal hazırda Qarabağdan Ermənistana və əksinə hərəkət etmək mümkün deyil. “Laçın dəhlizi bağlıdır. Həyatı vacib yol bağlanıb və biz bu barədə danışıqlar aparmalıyıq, bu, dəhşətlidir. Onlar mülki geyimli azərbaycanlıdırlar, amma bu, şoudur, sanki mülki vətəndaşdırlar. Bəzi absurd səbəblər göstərilir, guya ekoloji problemə görə yolu bağlayıblar. Amma əsas məsələdə daha dərindədir. Azərbaycanlıların tələbi daha da uzağa, Sünik dəhlizinə gedəcək. Ermənistan hakimiyyəti nəyisə saxlamaq üçün nədənsə imtina edirdisə, indi növbə Sünikindir”.

Deputat Arman Abovyan isə özünün Facebook səhifəsində yazıb ki, Laçın dəhlizinin bağlanması ilə əlaqədar rus sülhməramlıları ilə Azərbaycan nümayəndələri arasında danışıqlar gedir. “Görünən odur ki, yolu mülki geyimdə “Azərbaycan ekoloqu” kimi görünən Azərbaycan əsgərləri kəsib. Yeri gəlmişkən, sabah eyni “ekoloqlar” Tavuş və ya Yerasxın yollarını bağlayacaqlarına təəccüblənməyin”.

Qarabağda “hərşeyşünas nazir”lərdən biri olan Artak Beqlaryan isə bildirib ki, Azərbaycan Qarabağla Ermənistan arasında yeganə əlaqəni pozmağa cəhd edir. “Azərbaycanın hərəkətləri Qarabağdakı 120.000-lik (bu qədər haradan çıxıb, məlum deyil, gündə bir rəqəm deyilər) əhalisinə və sülhməramlılarına qarşı yönəlib”.

Azərbaycanşünas Anjela Aalibekova isə bildirib ki, Bakının çox sadə planı var. “Birincisi, Laçın dəhlizini təhlükəsizlik zonası olmayan birbaşa yola çevirməkdir. Ardından sülhməramlıları oradan çıxarmaqdır. Daha sonra öz nəzarət-buraxılış məntəqələrini qurmaq fikrindədir. Ən yekunda isə dəhlizi istədikləri zaman əlaqəni bağlamaqdır. Bu gün Laçın dəhlizinə çıxmış ekoloqları, sabah Azərbaycan əsgərləri əvəzləyəcək”.

P.S. Qeyd edək ki, hələ ki yola ekoloqlarımız çıxıb və bağlayıb. Bundan ermənilər bu qədər narahat olub, isterikaya düşüblərsə, sabah həmin yolu Azərbaycan əsgəri bağlasa, görəsən, hansı duruma düşərlər?

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button